Rusiyadan şok açıqlama: "ABŞ GPS siqnalına müdaxilələr edir"

img

04-10-2015 [15:29]


Rusiya Silahlı Qüvvələri Amerikanın GPS naviqasiya sisteminə etibar etmir, çünki onun siqnallarına qəsdən müdaxilələr və bilərəkdən yanlış düzəlişlər edilir.

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk "RSN” radiostansiyasının "Baş Qərargah” ("Qenştab”) proqramında bildirib.
 
"Son silahlı münaqişələrin təhlili göstərdi ki, düşmən dezinformasiya məqsədilə öz sistemlərinin naviqasiya göstəricilərinə qəsdən düzəlişlər etmək imkanından aktiv şəkildə istifadə edir. Biz GPS qəbuledicilərinin təqdim etdiyi məlumatları nəzərə almırıq”, deyə  Anatoli Nesteçuk qeyd edib.    
 
"Onlar, həqiqətən, bu üsuldan istifadə edirlər”, deyə general fikrini bir daha təsdiqlədi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA