Mətanətin "Gündəlik" verilişi bağlandı

img

02-10-2015 [14:53]


ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın aparıcılıq etdiyi "Gündəlik” verilişi yeni mövsümdə efirə qayıtmayacaq.
Mia.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, aparıcı yeni layihə ilə efirə çıxacağını bildirib: "Bu yay dincəlmədim. Bütün günü Bakı-Sumqayıt yolunda oldum, evimə gedib, işimə gəldim. Yeni verilişimin gecikməsinin səbəbi dekorasiyamızdır. Tam hazır olmadığı üçün oktyabrın 15-dən sonra yayıma başlayacağıq. Bir neçə günə reklam çarxını hazırlayacağıq. "Gündəlik” verilişi isə artıq olmayacaq.
Yeni proqramım səhər saatlarında yayımlanacaq. Burada hər şey var – maraqlı söhbət, idman, arıqlama. "Gündəlik” proqramından tam fərqlənəcək. Verilişdə nələr edəcəyimi əvvəlcədən açıqlaya bilmirəm, çünki mən qabaqcadan ssenari hazırlayıb onu etmirəm. Həyatda necəyəmsə, efirdə də o cür oluram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA