İranın yüzlərlə hərbçisi Suriyaya girdi - “Reuters”dən böyük döyüş anonsu

img

01-10-2015 [21:13]


İranın yüzlərlə hərbçisi on gün öncə silah-sursatla Suriyaya gəlib.

Bu barədə xəbər yayan "Reuters” agentliyi bildirir ki, onlar ölkənin şimalında müxalifətçilərin nəzarətində olan ərazilərdə quru əməliyyatlarında iştirak edəcək, Livandakı "Hizbullah”çılar da əməliyyatlara qatılmağa hazırlaşır.

Məlumatlara görə, Bəşər Əsədə sadiq qüvvələrlə birgə planlaşdırılan quru əməliyyatı Rusiya aviasiyasının hava zərbələri ilə dəstəklənəcək.

"Yaxın gələcəkdə Rusiyanın hava zərbələri Suriya ordusu və müttəfiqlərinin hücumları ilə müşayiət olunacaq”, - deyə mənbələrdən biri agentliyə bildirib. Qeyd edilir ki, əməliyyatlar Bəşər Əsədin müharibənin gedişində itirdiyi əraziləri geri almaq məqsədi daşıyır(Musavat.com).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA