Xalq artisti İlhamə "MQU"-ya daxil oldu - 72 yaşında təhsil alır

img

28-09-2015 [00:09]


Xalq artisti İlhamə Quliyeva Moskva Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsində təhsil alır. 

Musavat.com xəbər verir ki, bu haqda xalq artisti "Onlar" verilişinə müsahibəsi zamanı danışıb: 

"Mən hüquqşünasam. Hazırda Moskva Dövlət Universitetində təhsil alıram. Atam zamanında prokuror olub, bu, mənim genlərimdə var. İndi savadlı insanların zəmanəsidir. Mən də istədiyim işləri görürəm. Diplom alandan sonra hüquqşünas kimi fəaliyyət göstərə bilərəm, amma buna ehtiyac görmürəm. 4-5 vəkilim var. Hüquq sahəsində çox savadlıyam. Vəkillərimə görəcəkləri işlər barədə məsləhətləri özüm verirəm".

Xatırladaq ki, xalq artistinin 72 yaşı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA