23-09-2015 [01:34]
Anar YUSİFOĞLU
Ağır idi sevdiyi insan haqqında bu qədər sarsıntılı düşünmək. Onun xəyalındakı qadınla sevdiyi qadın üst-üstə düşməliydi.
Bəzən özü üçün həqiqətlər uydururdu. Amma həm də Allahın yaratdığına redaktələr etməkdənsə, onları olduğu kimi qəbul etməyi daha məqbul sayırdı. Bir az da ciddidən yanaşanda fikirləşirdi ki, onun ağlına gələn? Əlbəttə, Allahın da nəzərə aldıqları nəsnələr sırasında ola bilər. Çünki Allah özü müqəddəs kitabında buyurmuşdu: "Yoxdu elə bir olay ki, biz ona qarşılıq nümunə söyləməyək”.
İndi də əminliklə düşünürdü. Əgər onun ürəyindən məhz elə bir sevgili insan keçirsə, deməli, o qadın var. O qadın gecələri vətən ola bilən qadın idi.
İndi Nazlını saf-çürük edirdi. Götür-qoy edirdi bütün parametrlər üzrə. Nazlı gözəl idi. Yox, Nazlının fiziki parametrlərinə görə elə düşünmürdü. Çünki Nazlının gözlərini, yaxud simasını, bəlkə də, bütün vücudunu ədəbiyyat üzrə təsnifatlandırsaydı, Bulqakovun "Master və Marqaritası”dakı Marqo kimi elə də qələmə ala bilməzdi. Heç Tolstoyun Anna Kareninası da deyildi. Sadəcə, Azərin sevdiyi idi. Azər üçün Nazlının gözəlliyi sürprizlərindəydi, gözləmədiyi halda fədakarlığındaydı. Məsələn, Nazlı ondan pul istəmirdi və belə getsə, heç vaxt da istəməyəcəkdi.
Azər vaxtını ona sərf edəndə Nazlı işıq saçırdı. Əslində, Azər Nazlının sevgisini buna görə qazana bilmişdi. Həm də Azər o biri kişilər kimi onun haqqında düşünməmişdi ki, qadınlar qulaqlarıyla sevir və pulu sevir...
Azər naturaca sevdiyi qadının qulaqları üçün çalışmırdı. Azər əməl adamıydı və göz üçün, ağıl üçün can qurban edirdi. Qarşılıqlı olaraq Azərlə Nazlını birləşdirən hər mərhələnin öz özəlliyi vardı. İlk əvvəllər Azər "şəklini gözlərimin üfüqündə asmışam, səni görməsəm, yata bilmirəm”, - demişdi. Nazlı da iki-üç ay keçəndən sonra hissolunmadan şəkli götürmüşdü divardan. Və... bir neçə gündən sonra çox pis acılamışdı Azəri: "Sən yalançısan, Azər, yalançı”.
Azərin andlarını eşidən kafir olsaydı belə, inanacaqdı, amma Nazlı inanmadığına görə Azərin andlarını təkrarlayıb əksini iddia edirdi:
- Nazlı, mən inanaraq səni belə gözəl sevə bildim. Mənə inandığına inanaraq sevdiyinə inandım, amma nədən bu yalançılıq iddiası? De, elədirsə etiraf edərəm. Günahımı yumaq üçün təkcə üzr istəmərəm, cəza istəyərəm səndən. De.
- Bəs deyirdin məni görməsən yata bilməzsən? Hanı şəklim gözlərinin üfüqündən üç gündü itib, hanı bəs...
Azəri sanki iflic vurdu. Çökdü. Qaraldı. Şəkil yerində deyildi. Amma bu evə Nazlıdan başqa kimsə ayaq basmamışdı.
Azər vəhşi kimi bağırdı:
- Neyləmisən şəkli? Səni bağışlamayacam. Sən mənim ən qəddar düşmənimin belə cəsarət etmədiyi addımı atıbsan. Sən mənim inancıma toxunmusan. Burnumun ucundan, ağzımın içindən aparmısan istədiyimi.
Azər sevgilisi qaçırılmış adamın havalanmaqdan edə biləcəyi bütün dəlilikləri edirdi və qəribəsi də oydu ki, Nazlı titim-titim titrəyir, Azərin artistlik etmədiyinə əmin idi. Nazlı əmin idi ki, Azər bu dəqiqə, elə lap indicə öləcək. Yalvarırdı Azərə. Özünün, Azərin, sevgisinin xilası üçün.
Tanışlıqlarının əvvəlində sözarası Azər Nazlını xəbərdar etmişdi ki, qəfil burnundan qan açılsa, dodağı səyirsə, həmən həkim çağırsın harada, hansı vəziyyətdə olmalarından asılı olmayaraq. Nazlı indi çıxılmaz vəziyyətdə idi. Amma həkim çağırmaq lazım idi. Azərin burnundan qan da açılmışdı, təkcə üst-başı yox, evi də qana bələnmişdi. Dodağı isə dayanmadan səyirirdi.
Çağırışa gələn həkimlər Azərin hələ bir müddət tərpənməsinə və danışmasına qadağa qoydular, "Amitriptilin”i isə maksimum dozada təyin etdilər.
Azəri tək qoymaq olmazdı.
Nazlı getməliydi.
Həkimlər isə ağır diaqnoz qoymuşdular.
Bir neçə gün davam etdi bu və Azər haçan oyandısa, Nazlını başının üstündə gördü.
Azərin sifəti yalnız həftəsonu açıldı. Nazlı nə qədər qabağını almağa çalışsa da, Azər özündən məhrum olduğu həmin o ana qayıtmağa can atırdı.
- Sən haqlısan ittihamında, Nazlı. Amma mən yalançı deyiləm. Bilmək istəyirəm necə olub diqqətimdən yayınıb, hiss etməmişəm o üç gündə yoxluğunu. Axı...
- Hə, bilirəm, evə məndən başqa heç kim gəlmir, sən ancaq mənim üçün və mənə görə yaşayırsan. Ancaq mən də səhv elədim, nəzərə almadım, bağışla!
Azər sarsıntı içində çabalayırdı. Nazlını inandırmalıydı. Eynən oxşar hərəkəti etməliydi. Aradakı pərtlik isə davam edirdi. Onun xəyalındakı qadınla sevdiyi qadın üst-üstə düşməliydi. O, səhv edə bilməzdi. Bunu özünə sübut etmək üçün düşünüb çarə tapmalıydı.
Günlərin birində Nazlı söhbəti tələm-tələsik bitirib paltar asmağa getdiyini söylədi. Həmən də Azərin ağlına gəldi ki...
Üstündən bir ay keçmiş Azər təmkinini pozmadan çox sakitcə Nazlının gözlərinin içinə baxa-baxa dedi:
- Həmişə uşaqlarını qabağıma Çin səddi çəkirsən, amma saxtasan, heç uşaqların vecinə deyil.
Nazlı anladı ki, Azər özünün haqlı olduğunu sübut etmək üçün deyir və yəqin, nəsə qələt qarışdırıb. Boynundan sallaşıb üzündən öpə-öpə soruşdu:
- Nədir yalanım, mənim dəli başdanxarabım?
- Bir aydan çoxdu oğlunun köynəyini zivədən götürmüşəm, xəbərin yoxdu ki, əzizinin köynəyi itib.
- Gözüm oğluma öyrəşib, əyninə yox, - deyərək Nazlı şaqqanaq çəkdi. Sənin mənə öyrəşməyini istəyirdim, şəklimə yox. Sən mənim vətənimsən, dəli başdanxarab. Mən sənin vətənin olmaq istəyirdim, istəyirəm, sadəcə, sevdiyin şəkil yox. Mən hər gecə sənin vətənin olub, səhər sənin üçün doğulmağa gəlmişəm. Eh, Azər, Azər... Elə deyirsən e, başqaları da sənin haqqında deyirlər e, savadlı, savadlı, Freydi yaxşı oxu!
- Bəs...
- Zəhrimar bəs, o gün saxtalığın da üzə çıxa bilərdi, amma sevgin üzə çıxdı. Sən mənim ən vətənpərvər sakinimsən. Özünü də hamıdan xoşbəxt say. Səni gecələr də vətənin sevir, sənə vətən olan səni sevir, ay dəli!
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."