Deputat yol polisini belə diz çökdürdü - VİDEO

img

20-09-2015 [11:59]


Sosial şəbəkədə Ukrayna Ali Radasının deputatı İqor Mosiyçukun hüquq-mühafizə orqanlarının əməkdaşlarını necə ələ salmasını əks etdirən video yayılıb. 

Moderator.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Dövlət Yol Polisinin müfəttişləri dövlət nömrə nişanı olmayan mikroavtobusu  sənədləri yoxlamaq üçün saxlayıblar. Gözlənilmədən avtomobildən maskalı və silahlı kişi sıçrayaraq müfəttişləri yolun hərəkət hissəsində diz çökməyə məcbur edir.

Bundan sonra avtomobildən düşən Mosiyçuk əlində tapança ilə qayda-qanun keşikçilərinə bir neçə söz deyir. Sonra yenidən avtomobilə minərək hadisə yerindən uzaqlaşır.

Xatırladaq ki, Mosiyçuk hazırda həbsdədir. Deputat və Radikal Partiyasının lideri Oleq Lyaşkonun silahdaşı olan Mosiyçuk 2015-ci il noyabrın 15-dək həbsdə qalmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA