12-09-2015 [15:14]
Bu il sentyabr ayının 12-də Hüseyn Cavidin qızı, dəyərli muzeyşünas, pedaqoq, mətnşünas Cavidlər ailəsinin layiqli davamçısı olan Turan Cavidin vəfatından 11 il ötür.
Mia.az xəbər verir ki, bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilmiş və Turan Cavidin xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı qeyd edib ki, Turan Cavid bütün həyatını və fəaliyyətini Hüseyn Cavidin irsinin toplanması, qorunması, tədqiqi və təbliğinə sərf etmiş, Cavidin küliyyatının orjinal variantına qaytarılması üçün çoxşaxəli işlər həyata keçirib.
G.Babaxanlı onu da bildirib ki, böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatını son dərəcə zənginləşdirən ölməz əsərlər qoyub getmiş, Turan Cavid də bu əsərlərin son mükəmməl nəşrini hazırlayıb öz xalqına təhvil vermiş, rahatlıqla həmişə intellekt və əsilzadəlik yağan gözlərini əbədi yummuşdur. O, vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi Cavidə vəfalı övlad Turana isə qayğıkeş qardaş münasibəti bəsləmişdir. Ulu öndərlə Turan Cavidin birlikdə ərsəyə gətirdikləri möhtəşəm əsər – Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Hüseyn Cavidin Ev Muzeyi bu gün də Turan Cavidin bütün həyatını sərf etdiyi cavidlər ailəsinin irsi ilə bağlı işləri uğurla davam etdirir.
G.Babaxanlı həmçinin qeyd etmişdir ki, Turan Cavid bu həyatda atası, dahi şairimiz Hüseyn Cavidin adına layiq bir ömür sürməklə nə qədər xeyirli və gərəkli övlad olduğunu sübut etdi. Bu mənada, onun həyatı və yaradıcılığı bütün Azərbaycanlılara, vətən övladlarına bir örnəkdir. O, çıxışında muzeyin gələcək fəaliyyətində gənclərin üzərinə düşən vəzifələrdən də söhbət açaraq onlara bu istiqamətdə daha fəal olmağı tövsiyə etmişdir.
Tədbirdə G.Babaxanlı layihə müəllifi və tərtibçisi olduğu "Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında da ətraflı məlumat vermiş və bildirmişdir ki, çox böyük yaradıcılıq, araşdırmaçılıq missiyası ilə kifayət qədər maraqlı və zəngin həyat yolu keçmiş Turan Cavidin şəxsiyyəti haqqında, onun ictimai fəaliyyəti barədə 100-ə yaxın müxtəlif mətn, 300-dən artıq foto və sənədin yer aldığı bu nəşrdə Turan Cavidin bütün həyat və yaradıcılığına işıq salmışdır. O, qeyd etmişdir ki, ilk dəfədir ki, Turan Cavid haqqında bu materiallar sistemli və kompleks şəkildə toplanaraq nəşr halına gətirilmiş və bu kitab Turan Cavidin xatirəsinin əbədiləşdirilməsinə mühüm töhfə olacaqdır.
Sonda Turan Cavidin muzeydəki fəaliyyətini əks etdirən şəkillərindən ibarət fotoslayd, ona məxsus əşyalar və sənədlərdən ibarət sərgi nümayiş etdirilmişdir.

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub