Müxalifət liderinə 13 il həbs verildi - Xalq küçəyə çıxdı

img

11-09-2015 [12:48]


Venesuelanın paytaxtı Karakasda ölkə müxalifətinin lideri Leopoldo Lopezin məhkəmə prosesi yekunlaşıb. 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, siyasətçi 13 il 9 ay müddətinə azadlıqdan məhrum olunub.

Leopolod Lopezlə birlikdə 2014-cü ilin yanvar-fevral aylarında Karakasda kütləvi iğtişaşlarda iştirak edən 3 tələbə də həbs cəzası alıb.

Minlərlə Venesuela sakini isə küçələrə çıxaraq müxalif liderin kütləvi iğtişaşlar təşkil etmə ittihamı ilə azadlıqdan məhrum olunmasına etiraz edib.

ABŞ Dövlət Departamenti də bəyanat yayaraq Leopoldo Lopezin həbsini Venesuelada söz azadlığı və demokratiyaya qarşı atılan növbəti addım kimi dəyərləndiriblər.
Müxalifət liderinə 13 il həbs verildi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA