Putindən dollara qarşı yeni həmlə - Yeni qanun layihəsi

img

11-09-2015 [11:14]


Rusiya prezidenti Vladimir Putin  keçmiş Sovet İttifaqı ölkələri arasında istifadə ediləcək  yeni  pul vahidi yaradılmasını təklif edib. Bu pulun adı türkcə  "Altın"  (Qızıl) olacaq.
 
Avropa.info xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putin Dumaya  göndərdiyi bir qanun layihəsi ilə Avrasiya İqtisadi Birliyində  ortaq pul vahidi yaradılmasını təklif edib. 
 
Yeni  pul vahidinin adının  "Altın" seçilməsi  isə müəyyən suallara səbəb olub. Belə ki, müasir Rusiyanın yerləşdiyi coğrafiyada  15-ci əsrdə monqol-tatarların   Qızıl Orda  Dövləti mövcud olub ki, adı çəkilən dövlət  400 il ərzində  "Altın " adlı pul vahidindən istifadə edib. Lakin  həmin dövlətin pul vahidi sözün həqiqi mənasında qızıl idi. Rusiyanın və onun Avrasiya İttifaqındakı müttəfiqlərinin sözün həqiqi mənasında pul vahidi kimi qızıldan istəfadə edə biləcəkləri ağlabatan görünmür.

Layihə  Dumadan keçərsə  avro və dollara rəqib olaraq Avrasiya məkanında yeganə pul vahidi olan bir "Altın" zonası  yaratmaq planlaşdırılır.
 
Avrasiya İqtisadi Birliyi Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı əhatə edir. "Altın"ın 2020-ci ilə  qədər  dövriyyəyə buraxılması planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA