Türkiyədə növbəti xain hücum: xeyli sayda şəhid var

img

07-09-2015 [09:06]


PKK-çılar Türkiyədə növbəti terrora əl atıblar. 

Reuters agentliyi Türkiyədəki terrorla bağlı dəhşətverici məlumat yayıb. Agentliyin məlumatına görə, Türkiyə azı 15 şəhid verib. 

Türkiyə tərəfi şəhidlərin sayını hələlik təsdiqləməyib.


***
00.36

Musavat.com NTV telekanalına istinadən xəbər verir ki, baş vermiş partlayış və sonra başlayan atışma nəticəsində şəhid və yaralılar var. 

Hadisə Yüksəkova vilayətinin Dağlıca bölgəsində baş verib. İki hərbi zirehli maşın keçərkən yola düzülmüş partlayıcılar PKK-çılar tərəfindən partladılıb. 

Hazırda terrorçulara qarşı hava əməliyyatı aparılır. F4 və F16 qırıcıları terrorçulara aid 10 hədəfi vurub. 

"CNN Türk" isə xəbər verir ki, ölən və yaralananların sayı çoxdur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA