"Ümid edirik ki, xalq artistimiz ayılacaq..." - Xalq artistinin səhhəti pisləşib

img

05-09-2015 [12:16]


Xalq artisti Habil Əliyevin vəziyyəti ağır olaraq qalır.

Bunu Trend-ə açıqlamasında xalq artistinə qulluq edən Səadət Məmmədova deyib. Onun sözlərinə görə, xalq artisitinin səhhətində heç bir dəyişiklik yoxdur.

O, qeyd edib ki, Mərkəzi Klinik Xəstəxananın iki həkimi Habil Əliyevə 24 saat nəzarət edir:

"Artıq iki gündür ki, Habil Əliyev koma vəziyyətindədir. Süni nəfəs aparatından ayrılmayıb. Bütün yaxınları, qohumları hamısı başı üstündə dayanıb nəzarət edirlər. Allahdan ümid kəsilməz, ümid edirik ki, xalq artistimiz ayılacaq. Hələki gözləyirik”.

Qeyd edək ki, ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl xalq artisti H.Əliyevin səhhəti ağırlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA