31-08-2015 [17:20]
Akademik Milli Dram Teatrının bir qrup tanınmış aktyoru prezident İlham Əliyeva müraciət ünvanlayıb.
Teatrdan Lent.az-a verilən məlumata görə, müraciət müəllifləri Akademik Milli Dram Teatrında yaranan vəziyyətlə əlaqədar ölkə başçısından kömək istəyiblər: "Sizin etimadınızı doğrultmaq üçün var-gücüylə çalışan kollektivimizin bütün problemləri 2010 - cu ildən, Akademik Milli Dram Teatrına İsrafil İsrafilovun direktor təyin olunmasından sonra yaranıb. Onun kollektivlə ilk görüşü yaradıcı heyəti aşağılamaqla və bu vaxta qədər görülən işlərin heç nəyə yaramadığını, səviyyəsiz və mənasız işlər olduğunu söyləməklə başlayıb.
Yeni təyin olunmuş direktorun kollektivimizin ünvanına söylədiyi bu haqsız fikirlərinə və aşağılayıcı münasibətinə baxmayaraq, biz işlərimizə davam etdik. Günlər, aylar, illər keçdikcə biz Böyük Sənət Ocağının necə çökməsini, kollektivin necə ümidsizliyə qapılmasını görsək də, dözür, susur və nəhayət bu dağıdıcı prosesə bir son veriləcəyini gözlədik. Amma yaxşılığa doğru heç nə dəyişmədi, əksinə, vəziyyət daha da pisləşməkdə davam etdi və etməkdədir”.
Müraciətdə qeyd edilib ki, daim zəngin repertuarı, uğurlu tamaşaları, rəngarəng aktyor oyunları ilə fəxr edilən, respublikamızda fəaliyyət göstərən digər teatrlara örnək olan, heç vaxt tamaşaçı problemi olmayan, bütün göstəricilər üzrə öndə olan, hətta bəzi tamaşalarına bilet tapılmayan teatr indi problemlər burulğanındadır: "Demək olar ki, bütün uğur qazanan, tamaşaçı gətirən tamaşalar repertuardan çıxarıldı, Akademik Teatrın aktyor heyətinin tamaşalarda iştirakı minimuma endirildi, teatrın bütün rejissorları işdən çıxarıldı, kənardan dəvət olunan aktyorlar, hətta rejissorluq təhsili olmayanlar teatrın bütün repertuarını zəbt etdilər. Nəticədə, tamaşaçı sayı, maliyyə göstəriciləri, uğurlu tamaşaları ilə fəxr edən Akademik Milli Dram Teatrı dəvətnaməyə möhtac qaldı, bilet satışı minimumun altına düşdü, teatr özünün daimi tamaşaçılarını itirdi. Teatrın daxili nizam-intizam qaydaları pozuldu. "Parçala, hökm sür" siyasətini ustalıqla həyata keçirən İsrafil İsrafilov kollektivi parçalayıb üz-üzə qoydu. Zərərli daxili konfliktlər yarandı. Dünənki dostlar bir-birinin düşməninə çevrildi. Yaradıcılığa sərf olunacaq vaxt və enerji mənasız, daxili sözlü savaşlardan əsl fiziki güc tələb edən savaşlara keçdi. Beləliklə, Azərbaycan Xalqının 143 illik tarixi olan sənət ocağı — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, bir nəfərin hikkəsi və iradəsi ilə bütün mənalarda dağıdılır və məhv edilir.
Dövlətin səlahiyyətli orqanları tərəfindən hər hansı bir vəzifəyə təyin edilmiş şəxs rəhbəri olduğu kollektivə dəyər verməli, hörmət etməlidir. Tam məsuliyyətlə deyirik ki, İsrafil İsrafilov direktoru olduğu Azərbaycan Akademik Milli Dram Teatrının kollektivini param-parça edərək bir-birinə düşmən edib və daha böyük fəsadların baş verməməsi naminə bu prosesin dayandırılması lazımdır. Biz inanırıq və əminik ki, bu prosesi Siz, cənab Prezident, yalnız Siz dayandıra bilərsiniz.
Hörmətli cənab Prezident, biz aşağıda imza edənlər, Sizdən çox xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz. Siz kollektivimizin ən çətin zamanlarında, həmişə bizə dayaq olmusunuz, bütün problemlərimizi həll etmisiniz, əminik ki, həmişə olduğu kimi, bu dəfə də bizə dayaq olacaqsınız.
143 illik tarixi olan Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub