25-08-2015 [17:44]
Rusiya Müdafiə Nazirliyinin dəmiryol qoşunlarının 50 xüsusi texnikası və 500-dən çox hərbçisi Gürcüstanın separatçı Abxaziya bölgəsinə yeridilib.
Ölkə mətbuatında yayılan məlumata görə, Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov qoşunların Abxaziya ərazisindən keçən dəmir ylunun Oçamçir stansiyasından İnquri çayına qədər olan hissəsinin bərpa edilməsi üçün yeridildiyini açıqlayıb.
Rəsmi Tiflis baş verənlərdən narahatdır və Rusiyanın davranışlarının 2008-ci ilin avqust müharibəsi ərəfəsini xatırlatdığını bildirir.
"Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstan dəmir yolunun Abxaziya hissəsinin bərpası üçün başladılmış işləri pisləyir və Rusiyadan bu qanunsuz hərəkətlərə son qoymağı tələb edir”- deyə Gürcüstan XİN-in dünən axşam yaydığı bəyanatda bildirilir.
Rəsmi Tiflis bunu "Moskvadan növbəti aqressiv və təxribatçı addım” kimi qiymətləndirir, beynəlxalq ictimaiyyəti Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlmiş bu hərəkətlərə qarşı qəti addımlar atmağa çağırır.
XİN bildirir ki, 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilə ərəfəsində Rusiya Abxaziya regionunda dəmir yolunun bərpasına başlamışdı və bu məqsədlə dəmir yol qoşunlarını yeritmişdi. Bu qoşunlar daha sonra döyüş əməliyyatları zamanı ordu hissələrinin və texnikanın daşınması üçün effektiv şəkildə istifadə olundu.
Gürcüstanla Rusiya arasında Abxaziyadan keçən dəmir yol əlaqəsi 1992-ci ildə İnquri çayı üzərindəki körpünün partladılmasından sonra kəsilib. Bununla həm də Ermənistan qismən nəqliyyat blokadasına düşüb. Gürcüstanda "Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra Abxaziyadan keçən dəmir yolunun açılmasına dair söz-söhbətlər, müzakirələr başlayıb.
Hərçənd ki, rəsmi Tiflis Abxaziyadan keçən dəmir yolunun açılmasına dəstək vermədiyini bildirir. Əgər həmin yol açılsa, Ermənistan nəqliyyat blokadasından çıxacaq və onun Gürcüstan üzərindən xarici aləmlə əlaqəsi asanlaşacaq.
Bu isə Azərbaycanın maraqları üçün təhlükəlidir. Eyni zamanda Abxaziya dəmir yolunun açılması Bakı-Tiflis-Qars dəmiryol dəhlizinin əhəmiyyətini də azalda bilər.
Lakin indi Rusiya Tiflisin razılığını gözləmədən Abxaziya dəmir yolunun bərpası üçün qoşun yeridib. Rusiya bildirir ki, məqsəd dəmir yolunun "daxili istifadə üçün” bərpasıdır. Yəni Abxaziya ilə Rusiya arasında birbaşa dəmir yol əlaqəsini təmin etməkdir. Hazırda Abxaziya ilə Rusiya arasında əlaqə gəmi-bərələrlə və Gürcüstanın nəzarətində olan Yuxarı Lars keçid məntəqəsi ilə həyata keçirilir.
Gürcüstan müxalifəti isə hesab edir ki, hakimiyyət Abxaziya dəmir yolunun bərpasında Rusiya ilə əlbirdir. Gürcüstan Milli Hərəkatının mövqeyinə görə, istisna deyil ki, Abxaziya dəmir yolunun bərpasına dair proseslər Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb.
Müdafiə naziri Tina Xidaşeli isə avqustun 24-də jurnalistlərə bildirib ki, Abxaziya dəmir yolunun bərpasına dair Gürcüstan hökuməti ilə heç bir danışıqlar aparılmır. Onun sözlərinə görə, Rusiyanın dəmir yolunu bərpa etməsi hərbi məqsədli ola bilər.
"Onlar deyirlər ki, bunu iqtisadi fəaliyyəti asanlaşdırmaq üçün edirlər. Mən bu gün Rusiya Müdafiə Nazirliyinin bəyanatını gördüm, deyirlər ilin sonuna qədər dəmir yolunun daxili məqsədlər üçün bərpası başa çatacaq. Ancaq dəmir yolu belədir ki, onu istənilən vaxt istənilən funksiya üçün istifadə etmək olar”- müdafiə naziri deyib.
Rusiyanın Abxaziya dəmir yolunu bərpa etməsi Moskvanın Gürcüstan üzərindən Ermənistana quru dəhlizi açmaq planlarına dair məlumatları yada salır. Bu haqda dəfələrlə Qərb və Rusiya mediasında bəhs edilib.
Həmçinin belə iddialar var ki, Dağıstandan Azərbaycan sərhədinə qədər çəkilən yeni şose yol da hərbi təyinatlıdır, Rusiya qoşunlarının cənuba doğru sürətli marşı üçün nəzərdə tutulub.
Prokuror Arif Alışanovun həbsdə olan qardaşı oğluna cəza istəyib
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
İlham Əliyev Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının açılış mərasimində iştirak edir
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib
Bağçalara növbəyə yazılma prosesi başlayır
Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək
Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır
Pakistan İsrailin "Sumud" flotiliyasına hücumunu pisləyib
Azərbaycan nefti ucuzlaşıb
İsrail hərbçiləri təcili yardım əməkdaşlarına hücum edib
Prezident İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşüb - FOTO
İsrailin Qəzzaya gecə hücumu: 73 nəfər ölüb
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib - FOTOLAR
"Nitsa"nın baş məşqçisi: ""Fənərbağça" matçın favoritidir"
Vyetnamada qasırğa: 29 nəfər ölüb, 22 nəfər yoxa çıxıb
Ərdoğandan F-35-lərlə bağlı açqılama: "Biz onlara dedik ki, pulu verdik, niyə vermirsiniz?"
İsrail Qəzzanın mühasirəsini yarmaq istəyən gəmiyə əl qoydu - Könüllülər saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə..." - Prezident "Qarabağ"ı təbrik edib
Elvin Cəfərquliyev matçın ən yaxşı oyunçusu elan edilib - Mətbuat konfransı niyə gecikib?
Bakının 4 rayonunun bəzi ərazilərinə təbii qaz olmayacaq
Çempionlar Liqası: "Qarabağ" 2-ci qolu da atdı, lider kürsüsünə yüksəldi (CANLI YAYIM)
Əməkdar artist Türkiyəyə göndərilib - Heydər Əliyev Fondu Ehtiram Hüseynov müalicəsini nəzarətə götürüb
GÜNÜN VİDEOSU - ADSEA su sistemini böyrüstə qoyub
Sabiq xidmət rəisinə hökm oxundu - Məhkəmə prosesi
QHT RƏHBƏRLƏRİ SAXLANILDI - Saxta orden və medallara görə
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
"Qarabağ" və "Kopenhagen" klublarının rəhbərləri arasında görüş olub
Agentlik direktoru istefa verib, yoxsa...? - Ceyhun Kərəmov Əmrullayevdən vəzifədən azad edilməsini istəyib
"Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yükdaşımaların təşkili haqqında Anlaşma Memorandumunu imzalanıb
Ali Məclis sədri, sədr müavinləri - "Ədalət"də yeni təyinatlar
30 il həbsi tələb olunan Ayşe Barım həbsdən buraxıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğan: "2026-cı il Türkiyə İqtisadiyyatında İslahat İli olacaq"
AFFA Elgün Hüseynovu cəzalandırdı
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
İlham Əliyev, birinci xanım və İtaliya prezidenti universitetdə - FOTOLAR (YENİLƏNİB)