Putin Bakıda Ərdoğana hansı vədi verib? - Açıqlama

img

03-08-2015 [17:54]


Rusiya prezidenti Vladimir Putin yaxın zamanlarda Suriya lider Bəşər Əsədi dəstəkləməkdən imtina edə bilər. 

BBC xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV-nə müsahibəsində bildirib. 

`Hazırda Putinin Suriyaya münasibəti əvvəlkinə nisbətən daha ümidvericidir`, - deyə Ərdoğan Asiya səfərindən sonra müsahibəsində qeyd edib.

Ərdoğanın sözlərinə görə, bu barədə onda təəssürat Rusiya lideri ilə Bakıdakı görüş və sonrakı telefon danışığı zamanı yaranıb: `Putin artıq Rusiyanın sona qədər Əsədi dəstəkləməli olduğunu düşünmür. Mən düşünürəm ki, o, Əsəddən üz döndərə bilər`.

AzVision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA