Nazirlik xalq artistlərinin davasına münasibət bildirdi

img

25-08-2015 [13:38]


Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının aktyorlar-xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında baş verən davaya münasibət bildirib.

Qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında deyib ki, son vaxtlar Akademik Milli Dram Teatrında yaranan bütün qalmaqallar və o cümlədən xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında baş verən qalmaqal nazirliyin diqqətindədir: "Sentyabrın əvvəlində teatr mövsümünün açılışı olacaq. Mövsümün açılışı ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi həm sonuncu, həm də bundan öncəki baş vermiş qalmaqallara yenidən baxacaq. Hadisələr araşdırılacaq, baş verənlər təhlil olunacaq". 

Xatırladaq ki, avqustun 23-də Akademik Milli Dram Teatrının ilk iş günündə xalq artistləri Ramiz Məlik və Ramiz Novruz arasında dava olub. R.Məlik həmkarından polisə şikayət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA