23-08-2015 [13:45]
14-16 Avqust tarixlərində Macarıstanın Buqaç bölgəsində yerləşən Kişkunçaq milli parkında Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə "Atilla günü" keçirilib.
Mia.az xəbər verir ki, builki "Atilla günü" gələn il təşkil olunacaq VI Hun-Türk qurultayına hazırlıq xarakteri daşıyır, macarları qədim əcdadları olan hunlar və əski türklərlə daha yaxından tanış etmək məqsədi daşıyır.
Mərasim məşhur hun sərkərdəsi Atillanın xatirəsinə həsr olunmuşdur və bu törən bəzən ”Əcdadlar günü” kimi də adlandırılır.
Tarixi-bədii şou kimi düşünülən "Atilla günü"nün açılış mərasimində Macarıstan Parlamentinin vitse-spikeri, tanınmış tarixçi və dramaturq Şandor Layoş, Macarıstan Turan cəmiyyətinin prezidenti Andraş Biro, Macarıstandakı Türkiyə səfiri Şakir Fakılı, Qazaxıstanın Macarıstandakı səfiri Nurbax Rüstəmov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, BAMF-ın sədri Umud Mirzəyev, hazırda Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov, TİKA təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş türk icmalarının nümayəndələri iştirak ediblər.
Mərasimidə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev bu cür tədbirlərin eyni kökdən, eyni soydan olan və eyni taleləri yaşamış insanların daha da çox bir-birlərini tanıması, bir-birlərinin yanında olması baxımından önəmli olduğunu vurğulayıb.
Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov hun tayfalarının əfsanəvi başçısı, məşhur sərkərdə Atillanın özü tərəfindən çəkilmiş portretini Macar Turan cəmiyyətinə hədiyyə edib.
"Atilla günü"nün açılış mərasimində Azərbaycan və Macarıstan arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Macar Turan Cəmiyyətinin diplomu ilə təltif olunub.
Daha sonra qədim türklərin hərbi məharətini əks etdirən döyüş səhnələri göstərilmiş, cıdır yarışı, çovkan oyunu, ox atma müsabiqəsi keçirilib. Cəmiyyətin təşəbbüsü ilə yaradılan və Macarıstanın türk köklərini göstərən səyyar muzeylə tanışlıq da böyük maraqla qarşılanıb. Axşam isə tonqal işığında qədim türk melodiyalarından və şaman musiqisindən ibarət konsert proqramı təşkil edilib.


Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub