01-08-2015 [15:27]
Müğənni Tacir Şahmalıoğlunun 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq onun meyitini hələ ki tapmaq mümkün olmayıb.
Qardaşı dənizdə batdığı gün "Space” telekanalında Tacir Şahmalıoğlunun evindən hazırlanmış qonaqlıq verilişi efirə gedib. Belə bir gündə müğənni haqda əvvəlcədən çəkilmiş şən əhval-ruhiyyəli verilişin efirə getməsi nə dərəcədə doğrudur?
Modern.az saytına danışan tanınmış televiziya eksperti Qulu Məhərrəmli bildirib ki, telekanal o verilişi yayımlamaya bilərdi:
"Bu ekstremal hadisədir. Televiziya proqram cədvəlini əvvəlcədən hazırlayır. Əlbəttə, bizim düşüncəmizə və psixologiyamıza görə belə situasiyada o cür qonaqlıq və şən verilişlər vermək olmaz.
Bu cür hal televiziya üçün çıxılmazdır. Həm də şəxsin özü üçün belə bir gözlənilməzlik var. Onsuz da bu xəbəri bilən adamlar üçün o veriliş yaxşı qavranılmır. Arzu olunardı ki, o veriliş başqa bir vaxta keçirilsin. Doğrudur, indi yay olduğu üçün çevik proqram qurmaq, material tapmaq çətin olur. Çünki rəqabət və reytinq məsələsi var.
Eyni zamanda burda bir tərəfdən televiziyanın və şəxsin problemi var. Digər tərəfdən isə tamaşaçının münasibəti. Mənim düşüncəmə görə, verilişin başqa vaxta keçirilməsi yaxşı olardı. Belə olması daha uyğun idi. Amma yenə də belə hadisə olubsa, nə televiziyanı, nə də Taciri qınamaq doğrudur”.
Qulu Məhərrəmli qeyd edib ki, belə hallar televiziyalarda yaşanır:
"Bu fövqəladə vəziyyətdir. Bəzən də belə vəziyyətdə qərar vermək çətin olur. Görünür ki, televiziya verilişi saxlamağı üstün tutub. Amma dəyişdirmək də olardı. Elə vaxt olur ki, o saatda həmin proqramı dəyişmək böyük bir auditoriyanı itirmək deməkdir. Yəni əgər verilişi dəyişirsənsə, bütöv bir auditoriyanı itirirsən. Görünür televiziya rəhbərliyi bunu əsas götürüb. Düzdür, burda müəyyən dərəcədə ictimai baxış da var. Hər halda Tacir mədəniyyət nümayəndələri arasında müəyyən mənada ictimai fiqurdur. Görünür ki televiziya bunu əsas götürüb ki, auditoriyanı itirməsin. Yenə də vaxtı dəyişmək olardı.
Amma həm televiziyanı, həm də fərdin özünü anlamaq lazımdır. Çünki o verilişi efirdən çıxarmaq Tacirlik deyil. Bunun üçün gərək qərar qəbul olunsun. Onun yerinə yeni proqram düşünülsün. Görünür ona macal olmayıb. Amma ehtiyat veriliş olsaydı. mən əminəm ki, televiziya belə addım atmazdı”.
"Space” kanalının əməkdaşı, sözügedən "Gör kim gəldi” verilişinin aparıcısı Tahirə Məmmədqızı Modern.az saytına proqramın həmin gün efirə getməsinə belə münasibət bildirib:
"Veriliş bir həftə bundan qabaq çəkilib. Canlı yayım olmadığı üçün tamaşaçılar və mətbuat nümayəndələri bunu başa düşməlidirlər. Biz adətən verilişləri bir həftə və ya 3 gün qabaq çəkirik. Daha sonra montaj prosesi olur.
Tacir haqda olan veriliş bir həftə qabaq onun evində və digər bir məkanda çəkilib. Verilişdə çəkilən qardaşı Tahir dənizdə batan qardaşı deyil. Dənizdə batan onların kiçik qardaşıdır. Verilişdə ölən qardaşının kiçik qızı çəkilib.
Dünən çəkiliş prosesimiz var idi deyə, mən saytlardan gec məlumatlı oldum. Biz Tacirlə əlaqə yaradanda o, dedi ki, xəbər yoxdur. Hətta dünən onun qardaşının ölüm xəbəri dəqiq deyildi. Onun sağ olduğu, yoxsa öldüyü bilinmirdi. Hətta dünən gecə saat 00.00-də əlaqə saxladım ki, bəlkə sağdır. Yenidən gecə saat 01.00-də də onunla əlaqə saxlayanda dedi ki, hələ də tapılmayıb.
Biz yanlışlıq yaranmasını istəmirik, kimsə düşünməsin hörmətsizlik eləyirik. Tacir özü də dünən bilirdi ki, veriliş efirə gedəcək. Biz onunla günorta saatlarında danışanda bir balaca zarafatlaşdıq da ki, veriliş saat neçədə efirə gedəcək. Çünki baxmaq istəyənlər var. Kimsə öncədən deyə bilməzdi ki, belə bir hadisə baş verəcək...”.

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub