Şəmkirdə ər arvadını bıçaqladı

img

21-07-2015 [12:20]


Şəmkirdə ər öz həyat yoldaşını bıçaqlayıb.

Mia.az milli.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 23 radələrində Şəmkir rayonun Çinarlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 30 yaşlı Ramilə Zeynalova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər Ramilə Zeynalovaya ilkin tibbi yardım göstəriblər və bıçaq daxilə nüfuz etmədiyindən yaralı evə buraxılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA