Misir Mərdanovun qardaşı "Qanuni oğru"nu saxladı - Əməliyyat

img

10-07-2015 [15:28]


Şabran rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib.   

Əməliyyat zamanı Siyəzən rayon sakini, kriminal avtoritet kimi tanınan Qafar adlı şəxs saxlanılıb. 
Keçirilən baxış zamanı ondan 3 qutu marixuana aşkar olunub.   

Qafarın "qanuni oğru” dünyası ilə əlaqəsi olduğu və hazırda məhbus həyatı yaşayan Şəmi adlı avtoritetin əsas adamı hesab edildiyi bildirilir.   

Məlumatda deyilir ki, xüsusi əməliyyat nəticəsində Qafar Şabranın Ağbaş körpüsü yaxınlığında yaxalanıb.   

Qeyd edək ki, Şabran polisi davamlı olaraq narkotiklə mübarizə çərçivəsində əməliyyatlar keçirir. Rayonun polis rəisi sabiq təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA