ABŞ-dan Suriya qarşılığında Türkiyəyə - Şok təklif

img

04-07-2015 [18:39]


ABŞ Suriya qarşılığında Türkiyədən özünün İncirlik və Diyarbəkir hərbi bazalarının əməliyatlarda iştirakına icazə verilməsini tələb edib.  

ABŞ-ın Ankaradakı səfiri Con Bas hər iki ölkənin İŞİD təhlükəsinə qarşı birgə fəaliyyəti davam etdirdiklərini bildirib:  

 "Türkiyə və ABŞ Suriyanın şimalında və sərhəddə İŞİD faktoruna qarşı birgə savaşırlar. ABŞ və Türkiyənin tələblərini PYD-yə çatdırmaqda qərarlıyıq. ABŞ-ın bu işlə bağlı qərar verməsi üçün əvvəlcə İncirlik və Diyarbəkirdəki bazalarının əməliyyatlarda iştirakına icazə verilməlidir. Belə olduqda Türkiyəni dəstəkləyən qüvvələrin bu əməliyyatlarda aktiv iştirakına dəstək verəcəyik. Türkiyənin Cerablusa girməsi şəhər savaşı deməkdir və bu, çox risklidir. Məcbur olarsa, Ankara anlaşmaya əsasən, sərhəddən 15 kilometrə qədər təqib hüququndan istifadə edə bilər”(Axar.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA