Məhəmməd Mursinin oğlu həbsdən buraxıldı

img

22-07-2015 [15:26]


Misirdə çevrilişdən sonra hakimiyyətdən uzaqlaşdırılan prezident Məhəmməd Mursinin oğlu Abdullah cəza müddəti başa çatdığı üçün həbsdən azad edilib.

Abdullahın həbsdən buraxıldığı xəbərini böyük qardaşı Usame Mursi sosial şəbəkədə bəyan edib. 

Usame Mursi yazıb: "Abdullah Mursi artıq azad edildi. Həbs bitdi. Geriyə savablar qaldı”.

Abdullah Mursinin maşınından narkotik tapıldığı iddia edilmiş və o, bir il həbs cəzası almışdı(Musavat.com).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA