24-06-2015 [11:45]
Fəxri adlar sənət adamlarının öz aralarında ən çox müzakirə etdikləri mövzulardandır. Hətta buna görə münasibətlərinə xətt çəkən sənət nümayəndələri də az deyil. Eyni vaxtda sənətə gələn iki sənətçidən biri digərindən tez fəxri ad alırsa, bu, qıcığa səbəb olur. Amma şübhəsiz ki, son qərarı dövlət rəhbərliyi verir.
Beləliklə, Ölkə.Az ən gənc yaşda dövlət tərəfindən fəxri ada layiq görülmüş sənət nümayəndələrinin bir qrupunun siyahısını təqdim edir.
Faiq Ağayev - Azərbaycan estradasının ən tez fəxri ad almış nümayəndələrindəndir. 1971-ci ili ilin dekabrından olan Ağayev 2000-ci ilin 28 oktyabrında, hələ 29 yaşı tamam olmamış respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. 2008-ci ilin 17 sentyabr tarixində isə Faiq Ağayevə xalq artisti fəxri adı verilib.
Gülyanaq Məmmədova isə əməkdar artist fəxri adına layiq görüləndə 25 yaşı olub. 1973-cü il təvəllüdlü Məmmədova ilk fəxri adını-əməkdar artisti 1998-ci ildə alıb. Ötən ilin dekabrında isə xalq artisti fəxri adına layiq görülüb.
Eyni sözləri onun bacısı Gülyaz Məmmədova haqda da söyləmək olar. Sadəcə, Gülyanaqdan fərqli olaraq Gülyaz əməkdar artist fəxri adına 28, xalq artisti fəxri adına isə 45 yaşında layiq görülüb.
Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova 1967-ci il doğumludur və əməkdar artist olanda cəmi 31 yaşı vardı. Aktrisa xalq artisti fəxri adını isə bundan cəmi iki il sonra alıb.
Müğənni Abbas Bağırov artıq dörd ildir ki, əməkdar artist fəxri adı daşıyır. Amma hazırda sənətçinin cəmi 33 yaşı var.
Opera ifaçısı Fidan Hacıyeva da gənc yaşında fəxri ad alanlardandır. Belə ki, 1976 cı il doğumlu ifaçı 30 yaşında əməkdar artist, 39 yaşında xalq artisti fəxri adı ilə təltif olunub.
Opera ifaçısı Samir Cəfərov həmkarı Fidan Hacıyeva ilə yaşıddır. Hazırda 39 yaşı olan Cəfərov 2007-ci ildən əməkdar artist, 2012-ci ildə xalq artistidir.
"Üns” Yaradıcılıq Mərkəzinin solisti Xəyyam Mustafazadə əməkdar artist fəxri adına layiq görüləndə cəmi 26 yaşı olub. Belə ki, hazırda 28 yaşı olan Mustafazadə 2013-il iyulun 25-dən əməkdar artistdir.
Caz ifaçısı İsfar Sarabski bu mənada demək olar ki, Azərbaycanda hamını qabaqlayır. Belə ki, İsfarın 25 yaşı ötən ilin noyabrında tamam olsa da, artıq beş ildir ki, əməkdar artistdir.
Məşhur qamron ifaçısı Ənvər Sadıqov da əməkdar artist fəxri adını yetərincə tez almışdı. Amma araşdırmamız zaman bununla bağlı dəqiq tarixə rast gəlmədik. Məlum olan budur ki, Sadıqov 49 yaşında xalq artisti fəxri adını qazandı.
Muğam ifaçısı Babək Niftəliyev 1985-ci ildə anadan olub. Xanəndə 29 yaşından əməkdar artist fəxri adı daşıyır.
Muğam ifaçısı Simarə İmanova əməkdar artist fəxri adını alanda ali məktəbin sonuncu kursunda oxuyurmuş. Belə ki, 1975-ci il təvəllüdlü İmanova 1997-ci ildə əməkdar artist, 2012-ci ildə xalq artisti fəxri adına layıq görülüb.
Xanəndə Nəzakət Teymurova 1972-ci ildə anadan olub. Teyurova 2000-ci ildən-28 yaşından əməkdar artist, 2005-ci ildən-33 yaşından xalq artistidir.
Müğənni Zülfiyyə Xanbabayeva 1967-ci ildəndir. Sənətçi 36 yaşında əməkdar artist, 41 yaşında xalq artisti fəxri adına layiq görülüb.
Müğənni Aygün Kazımova da gənc yaşdan fəxri ad almış sənətçilər sırasındadır. Belə ki, o, 32 yaşında əməkdar artist fəxri adına layıq görülüb. Kazımova 2009-cu ildən xalq artisti fəxri adı daşıyır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub