22-06-2015 [16:31]
"Mətbuatda bankların dollarda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini kəskin aşağı salması xəbərləri yer alıb. Açığı, bankların bu addımı gözlənilirdi və baş verən proseslərin məntiqi nəticəsidir. Dollar üzrə əmanət faizlərinin aşağı düşməsi labüd idi. Çünki banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər".
Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, çünki banklar əllərində olan dollarları istifadə edə bilmirlər:
"Bir tərəfdən xaricdən cəlb edilən resurslar, digər tərəfdən əmanətlər son vaxtlar sürətli dollarlaşması banklarda dollar resurslarını kəskin artırıb. Xüsusən də banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması dünya valyutasını az qala bankların "baş ağrısı”na çevirib. Əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər. Həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur. Həmişə əmanətlərdən daxil olan milli valyuta isə son vaxtlar kəskin azalıb. Xeyli vaxtdır əmanətlərin "yaşıllaşması” prosesi gedir. Təsadüfi deyil ki, ilin ilk dörd ayında milli valyuta üzrə əmanət qoyuluşu 4,4 milyardan 2,3 milyard manata düşüb. Əmanət qoyuluşnda payı isə 62%-dən 29%-ə düşüb. Faktiki olaraq banklar təkcə əmanətlərdə 2 milyard manat həcmində milli pul itiriblər".
Samir Əliyev bildirib ki, Mərkəzi Bank manatın sabitliyini qorumaq tədbirləri çərçivəsində valyuta ehtiyatının müəyyən hissəsini bazara yönəldərək bazardan 4 milyard çox manat yığıb. Bunun nəticəsidir ki, pul bazası yanvar-may aylarında 11.5 milyardan 7,6 milyarda qədər azalıb. Həmin vəsaitlər banklar vasitəsilə iqtisadiyyata yönəldilməli olduğu halda hələki Mərkəzi Bankın sərəncamında qalmaqdadır:
"Belə vəziyyətdə banklara nə Mərkəzi Bankdan, nə də əmanət şəklində manat daxil olur. Manatsız qalan banklar əmanətçilərə üz tuturlar. Buna görə də banklar əhalini manatla əmanət qoymağa stimullaşdırmağa məcburdurlar və əmanətlərin illik faiz dərəcələrinə valyutalar üzrə differensasiyanın tətbiqi qaçılmazdır. Banklar manatla olan əmanətlərin faiz dərəcəsini getdikcə qaldırırlar. Dollarla olan əmanətlərin faiz dərəcəsini isə aşağı salırlar.
Samir ƏLİYEV
Diqqət yetirsək görərik ki, kredit faizlərində də fərqlər yaranıb. Dollar kreditlərinin faiz dərəcələri ilə manat kreditlərinin faiz dərəcəsi arasında ən azı 4-5% fərq var. Bəzilərində bu rəqəm hətta 10%-ə çatır. Manat kreditləri əvvəlki illə müqayisədə xeyli bahalaşıb".
"Bəs, dollar əmanətlərinin faiz dərəcəsinin aşağı salınması nəyə gətirib çıxara bilər?" sualına isə ekspert belə cavab verib:
"Əvvəlcədən qeyd edək ki, bankların bu addımının əmanət bazarına təsir gücü daha çox faiz dərəcələrinin aşağı salınma səviyyəsindən (endirilmə ən az 3-4% olarsa) və prosesə qoşulan bankların sayından (əhatə dairəsindən) asılı olacaq. Hər bir halda müəyyən təsirləri görə biləcəyik.
Hazırda əmanətlərin dollarlaşması prosesinin yekunlaşmaq üzrədir. Əmanətlərdə dollarlaşma prosesi doyma halına gəlib. Əmanət bazarında əmanətçilər gözləmə mövqeyindədir. Xüsusilə də yeni əmanət qoymaq istəyən və köhnə əmanətin müddəti çatanlar seçim qarşısındadır: manatla əmanət qoysunlar, yoxsa dollarla.
Fevral devalvasiyasında sonra manatın nisbi sabitliyi insanlarda panikanı aradan qaldırmaqla yanaşı manatın taleyi ilə bağlı onlarda müəyyən inam elementləri müşahidə olunur. Ancaq bu 1 il öncəki inamdan hələki çox uzaqdır. Üstəgəl manatla faizin yüksək olması belə əmanətlərin cazibədarlığını artırır. Dolların faizlərinin aşağı salınması isə insanları qaçırdır.
Ona görə də düşünürəm ki, manatın taleyi ilə bağlı qeyri-müəyyənlik insanlarda gözləmə mövqeyini artıracaq. Əgər devalvasiyadan sonra dollar əmanətlərinin sürətli artımı baş verirdisə, bundan sonra belə əmanətlərin artım tempi azalacaq və hətta dollar əmanətlərinin azalması baş verə bilər. Əmanət qoyuluşunun azalması davam edəcək və dollar əmanətlərin faiz dərəcəsinin azalması bu prosesi daha da stumullaşdıracaq. Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər. Əks halda əhali vəsaitlərini geri çəkməyə üstünlük verəcək və böyük həcmdə pul bank sektorundan kənarda – yasdıq altında ölü kapital kimi saxlanılacaq".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."