Korrupsiyalaşmış leşyeyənlər... - Saakaşvilinin prokurorlarla müşavirəsi (VİDEO)

img

19-06-2015 [14:41]


"Onlar milyonlar qoparır, ancaq bizim arxamızda milyonlar var”. 

Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri Odessanın yeni qubernatoru Mixail Saakaşvili üç gün öncə prokurorluq orqanlarında keçirdiyi antikorrupsiya müşavirəsinin videosunu "Facebook"da şərh edərkən deyib.

O, müşavirənin videosunu iki gündə bir milyondan çox adamın izləməsinə işarə vurub. Mixail Saakaşvili:

"Prokurorlarla söhbətimə "Youtube”da iki gündə bir milyondan çox adam baxıb. Bu o deməkdir ki, mən təkcə özüm üçün danışmamışam, milyonlarla ukraynalı belə düşünür. Korrupsiyalaşmış leşyeyən inadla xalqın əhval-ruhiyyəsində baş verən dəyişikliyi görmək istəmir. Ancaq biz onlara başa salarıq. Mənim Ukrayna prezidentindən aldığım mandatım var. Mənim üçün və Ukraynanı sevən bütün vicdanlı insanlar üçün tək məqsəd olmalıdır – bir addım da geri çəkilməmək. Xəzinə oğruları və vicdansızlıqla  hamı üçün konkret nəticələr əldə edənədək mübarizə aparmaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA