Rusiya: “Biz Azərbaycanı və Ermənistanı eyni silahlandırırıq“

img

18-06-2015 [15:58]


Rusiya Ermənistan və Azərbaycana silah satışında paritet prinsipinə riayət edir.

Bu barədə KTMT-nın baş katibi Nikolay Borcua iyun ayının 18-də Moskva-Astana-İrəvan telekörpüsü zamanı bəyan edib.

Rusiyanın Azərbaycana silah satması haqqında suala cavab verən Nikolay Borcua qeyd edib ki, silah satışı paritetə riayət labüdlüyü şəraitində Rusiya rəhbərliyinin qərarı ilə həyata keçirilir.

"Hər bir qərarı qəbul edərkən paritetə riayət edilməsi amili nəzərə alınır. Rusiya Azərbaycandan başqa, Ermənistana da silah satır”, - KTMT baş katibi xatırladıb. (oxu.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA