Habil Əliyevin boşanan oğlu keçmiş sevqilisi ilə evləndi - FOTO

img

18-06-2015 [11:50]


Xalq artisti Habil Əliyevin oğlu, müğənni-bəstəkar Rəvan Habiloğlu ikinci dəfə evlənib.

Publika.az-ın əldə etdiyi məlumata görə, həyat yoldaşından uzun illərdir ki, boşanan Rəvan Habiloğlu, nəhayət, subaylığın daşını atıb.

Onun ikinci dəfə evləndiyi xanım isə həkimdir. Əldə etdiyimiz xəbərə görə, yerli klinikaların birində şöbə müdiri vəzifəsində çalışan Gülnarə Nuruzadə uzun illər xarici ölkələrdə, eyni zamanda, 2012-ci ildə FİFA tərəfindən keçirilən Qadın dünya futbol çempionatında həkim kimi fəaliyyət göstərib.

Hətta cütlüyün gənclik illərində bir-biri ilə sevgili olduqları, amma müəyyən səbəblər üzündən ailə qurmadıqları deyilir. Amma gec də olsa, bu evlilik indi baş tutub.

Qeyd edək ki, həm Rəvanın, həm də Gülnarənin əvvəlki evliliklərindən övladları da var.

Onu da öyrəndik ki, Habil Əliyev də bu izdivaca xeyir-dua verib.

Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva xeyir xəbəri təsdiqləyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA