“Seks kasetini üzünə söylədim” - Ərdoğanla görüşündən danışdı

img

16-06-2015 [12:28]


yunun 7-si keçirilən seçkilərdən sonra Türkiyə prezidenti ilə görüşən CHP-li millət vəkili Dəniz Baykal yenidən məlum kaset hadisəsi ilə bağlı danışıb. 

Strateq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, D.Baykal 2010-cu ildə CHP liderliyindən istefasına səbəb olan kaset hadisələrində Ərdoğanı ittiham etməsi ilə bağlı qənaətinin dəyişib-dəyimədiyi ilə bağlı suala cavab verib.

"Hurriyet”ə danışan Baykal seçkidən sonra Ərdoğanla görüşdə də bunu dövlət başçısının üzünə söylədiyini bildirib. 

Qeyd edək ki, sabiq partiya lideri Baykal hələ 2013-cü ildə verdiyi müsahibəsində o zamanki baş nazir Ərdoğanın kaset olayından xəbərdar olduğunu və onun razılığı əsasında bunun baş verdiyini bildirmişdi. 

O, qənaətinin hələ də dəyişmədiyini, lakin Ərdoğanın görüşünə getməsinin tamamilə dövlət işi olduğunu vurğulayıb:

"Mənim yaşadığım hadisələr, məruz qaldığım haqsızlıqlar və tələlər, mənə yaşatmaq istədikləri acılar bir yana. Bunun hesabını hüquq və tarix zamanı gələndə sorğu-sual edəcək. İndi isə dövlət işi görürük. İnsanlar bunu anlamır, siyasətimizin problemi də budur. 2013-də sizinlə danışarkən eyni şeyi təkrar etdim. 2015-də də məndən soruşursunuz, yenə də eyni şeyi söyləyirəm. Sizə bir şey də deyim, bəlkə düz etmirəm, amma bunu cənab prezidentimizlə görüşdə də dedim”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA