10-06-2015 [19:23]
İbrahim RÜSTƏMLİ
Yazımın ikinci fəslini "Dostluq parkı”nda, sökülmüş möhtəşəm malikanələrin xarabalıqlarında qələmə alıram, dizlərimin üstündə.
Məncə, "sökülmüş” ifadəsi mənəvi imkanlarına görə bu yerdə demək istədiyim fikirləri öz həqiqi ünvanına çatdırmaq zorunda deyil. O üzdən qarşılıqlı anlaşma prinsiplərinə və əxlaq normalarına güvənirəm: ona öz yerini "viran qoyulmuş”, yaxud "yerlə yeksan” edilmiş ifadələrilə bölüşməyi təklif edirəm.
Ətrafın mümkünsüz təsviri önündə dərhal razılaşırıq. Axı biz daşıdıqları məsuliyyətin və sərgilədikləri məsuliyyətsizliyin ümumi fonunda heç tükü də dəbərməyən bəzi məmurlardan deyilik ki, vəzifədən, mandatdan ikiəlli yapışaq; vəzifəni, mandatı ailə biznesinə çevirək; özümüzü camaata güldürək…
Beləliklə, (rica edirəm,) məşhur "Dostluq parkı”ndan, əslində isə viran qoyulmuş malikanələrin xarabalıqlarından hazırladığım bu reportajı mənəvi təlabatımın təzahürü kimi qarşılayın.
Dostluq – şirinliyinə aldandığım bu ifadənin ağrı-acısını ayrı-ayrı zamanlarda, ayrı-ayrı farmatlarda çox yaşamışam. Ancaq bu ağrı-acı "Dostluq parkı”ndakı gizli koalisiyanın oturuşduğu qəliblərə hec cür sığmır.
Mən çıxılmaz vəziyyətdəyəm. Özümü yad planetdə, qürbətdə hiss edirəm. Yardıma ehtiyacım var. Ancaq (üzr istəyirəm) tənhalığa və yalqızlığa çoxdan öyrəşmiş yaradıcı bir insanın hazırkı vəziyyətini başa düşmək və ona kömək etmək hər yoldan ötənin işi deyil.
Zarafat eləmirəm: Çəkisizliyin toz-torpağa bürünmüş bu xaotik məkanında hatta ən zərif kəpənək qanadlarına yüklənə bilərəm…
İnanın, mən doğrudan çıxılmaz vəziyyətdəyəm: Özümü öz yurdumda, öz vətənimdə əcnəbi kimi hiss edirəm. Düşüncələrimə hakim kəsilmiş qərarım isə kifayət qədər mühafizəkardır; özünə alternativ tanımır: xalqdan qopmaları, parçalanmaları bir müddət məharətlə pərdələyən və bu məqsədlə öz həqiqi mənasını simvolik siyasi imporivizələrə, jestlərə, hətta hipnoza verən "DOSTLUQ (PARKI)” çağdaş tariximizin ən ləkəli səhifəsi, ən ibrətamiz dərsidir. Buna heç kimin şübhəsi olmasın!
Bu "dostluq” dövləti, iqtidarı xalqdan ayıran, özləri üçün rəmzi ada yaradan, indilərdə isə sadəcə verilən şansa görə uşaq kimi əllərini bir-birinə sürtə-sürtə sevinən bir qrup dardüşüncəli məmurun qüsurlu fantaziyası, qüsürlu intellektual məhsulu idi. Nəticəsi özünü çox gözlətmədi: "Dostluq parkı”, binaları və insanları oda qalamaqla öz qətlinə fərman verdi…
Mən bu fərmanı imzalayan, sonra dərhal bükülüb yumruğa çevrilən, Koroğlunun əmudu kimi "Dostluq parkı”ndakı qala divarlarına, malikanələrə çırpılan o ələ doğru gedirəm; o əli sıxıram; o əldən yapışıram!..
Sizdən yox, cənablar! (Çünki sizin ancaq arxanızı görə bilirəm).
O üzdən, lütfən, ölkənin birinci şəxsini bu qədər qəti, bu qədər sərt qərarlar verməyə vadar etməyin! Axı bu gün daşı-divarı, malikanələri ağzına alıb zibilliyə kürüyən o buldozerlərin sabah öz təyinatını, daha doğrusu, öz obyektini çox asanlıqla dəyişmək fürsəti hazırkı məqamda kifayət qədər aktual və realdır. Bunu unudanlar tarixin kəmfürsət ironiyası, inadkar reallığı qarşısında davam gətirə biləcəklərinə ümid bağlamasınlar. Çünki reallıq həmişə acı olur, həmişə amansız olur, həmişə güclü olur, həmişə qalib olur…
Fikirlərimin bu qədər kritik, bu qədər kriminal, bu qədər xaotik ünsürlərlə "güləşdiyi” məqamında qara bir maşının "Dostluq parkı”na doğru şütüdüyünü görürəm və bu xarabalıqların ümumi fonunda o maşının reallıqla uzlaşmayan çox parlaq və bahalı görkəminə təəccüblənirəm.
Arxa qapı açılan kimi yerə atılan və yalnız özünəxas sürətlə viranəyə doğru addımlayan adamı isə tanımamaq olmur: O Bakının meridir; Bakının direktorudur; nəhayət, bu xarabalığın müəllifidir, bu viranənin baş memarıdır…
Qeyri-adi jestləri, qeyri-adi hərəkətlərilə çoxlarının gülüşünə, ironiyasına səbəb olan bu adam da indi öz çılğınlığını ilə mənim qulunca dönmüş sinirlərimi, ölümə bərabər tənhalığımı əridə bilmir və yalnız gəncliyimdə şahidi olduğum maraqlı bir hadisəni yadıma salmaqla tükənir. Bununla da, bizə antrakt üçün əla fürsət vermiş olur…
Antrakt: Ali məktəbdə bir müəllimim vardı. Xətti çox gözəl idi. Hərfləri bir-birinin yanına muncuq kimi düzürdü. Mənə elə gəlirdi ki, o yazmır, sadəcə ovcuna yığdığı standart hərfləri bir-bir lövhəyə yapışdırır. Hüsnxəttə o qədər diqqət yetirərdi ki, hərdən hərflərin yerini səhv salardı, ya da hansısa birini unudardı.
Əsl mərəkə də bundan sonra başlardı. Auditoriyadakı ərköyün tələbələr "pıkkıldayan” kimi müəllim dərhal diksinər, dözülməz bir acizliklə, dözülməz bir həyacanla geri çevrilər, bizə tərəf boylana-boylana yazdıqlarının hamısını pencəyinin qolu ilə silərdi. Və bu zaman özünü necə itirərdisə, sol əlində tutduğu silgini belə xatırlamazdı…
Yox, yox, o utanmırdı! O qorxurdu! Özü də çox pis qorxurdu! Səhv etməkdən qorxurdu!..
Mən bu qorxunu həyatımda ilk dəfə görürdüm.
Mən bu qorxunu bir də çox-çox sonralar, amma tamam fərqli farmatda Qarabağda – cəbhədə gördüm: yan-yörəsində mərmilər partlayan zaman şalvarını isladan bəzi əsgərlərin gözlərində. Nə isə…
Bu qorxu o qədər eybəcər və o qədər dözülməz idi ki, məni bir daha o müəllimin mühazirələrində görən olmadı…
İndi Bakı merinin hansı hərfi unutduğunu, hansı sözdə səhv buraxdığını arayıb-axtarmaq (məlum səbəblərə görə) şəxsən mənim üçün dünyanın ən axmaq və dözülməz məşğuliyyəti təsiri bağışlayır. Ali məktəb müəllimimi xatırladan bu adam "Dostluq parkı” adlı faciənin baş qəhrəmanıdır. O təkdir! "Epizodik qəhrəmanların” isə hamısı səhnə arxasındadır. Biz onları görürük. Amma onlar bizi görmürlər, buna görə də elə düşünürlər ki, guya biz də onları görmürük. Çünki ailəliklə kasıb süfrə (kasıb süfrəsi yox ha!) arxasında əyləşib şirin ağızla pendir-çörək yeməyin ləzzətini çoxdan itiriblər.
Lakin problem yalnız bununla bitmir. Məsələ burasındadır ki, indi səhnədə tək-tənha vurnuxan, faciə qəhrəmanı kimi təqdim etdiyim bu adam, yəni gözlərimin önündəki viranənin baş memarı özünü öz öbrazının ən pis ifaçısı kimi aparır. Məni ən azından gözlərimi yummağa vadar edir.
Ancaq ümidlərimin tükəndiyini düşünmürəm. Çünki onu yalnız faciə qəhrəmanı kimi görməyə adət etməmişəm. O dəyişkəndir, qeyri-müəyyəndir, fərqlidir. Bəlkə ona görə bir qədər də güclüdür: heç kimin gözləmədiyi halda adi bir jestlə, adi bir baxışla oynanılan "əsərin” janrını dəyişə biləcək qədər güclü.
Məsələn, "ölkədə bir dənə kişi…” kimi məlum bəyanatı ilə o vaxt başım(ız)a elə bir qappaz (niyə qappaz? – bunu sonda biləcəksiniz) vurdu ki, indinin özündə də gözlərimin içinə kimi qaşınıram… Amma onu bu rolda da kifayət qədər qüsurlu gördüm. Ən azından ona görə ki, insana, şəxsiyyətə aid fikirlərdə "dənə” sözünü işlətmək ziyalılığa, məmura yaraşmayan və hətta bağışlanmayan səhvdir…
Baxın, Hacıbala müəllim, mən 24 il ordu sıralarında xidmət etdim: kuryerdən baş redaktora, əsgərdən polkovnik-leytenanta kimi yürüdüm. "Hər rütbəmdə minlərlə şəhidin və qazinin haqqı vardır. Onların haqqını qorumaq məndən ötrü namus borcudur”…
Bir Qarabağ qazisi tanıyırdım. Döyüşlərdə hər iki ayağını itirmişdi. İtkin düşmüş ayaqlarını ancaq gecələr unudurdu. Gecələr səhərədək sayaqlaya-sayaqlaya öz səsinə ayılardı və siqaret yandırmaq üçün özünü çarpayıdan yerə atardı. Üzüquylu döşəməyə çırpılardı. Atası onu hər gecə ağzı-burnu qan içində yerdən qaldırıb yenidən çarpayısına uzadardı.
Atası hər gecə səhərədək əlindəki siqaret və alışqala onun başı üstündə keşik çəkərdi…
Gecələr unutduğu ayaqlarını səhərlər xatırlayardı, səhərlər yadına salardı qazi qardaşım. Bu dəfə anasını haraylayardı. Bu dəfə anası səhərdən axşama kimi çarpayısının başı üstündə keşik çəkərdi. Və hər dəfə də oğlunun dözülməz bağırtısına, mümkünsüz istəyinə qulaq asa-asa bağrı yarılardı: Ayaqlarımın altını qaşı, ay ana, ayaqlarımın altı qaşınır!!!
Əvvəlcə anası, sonra atası, daha sonra isə özü şəhid oldu…
Onlar bu dövləti quranlardır. Hacıbala müəllim, heç olmasa Onların haqqına girməyin. Heç olmasa torpağın altında rahat uyusunlar. Hərçənd ki, o buldozerlərin, o ekskavatorların, o traktorların aramsız hay-həşirində, qulaq batıran gurultusunda heç buna da əmin deyiləm. Ancaq bir şeyə əminəm ki, günahlarınızın izini itirmək üçün bu gün tələmtələsik əkdiyiniz ağaclar sabah onsuz da böyüyən köklərilə onlara hər şeyi danışacaqlar…
Və sonda: Şuşada bir Məşədi Bəylər varmış. Bir gün ondan qapaz sözünün neçə "p” ilə yazıldığını soruşurlar. Düşünmədən cavab verir:
– O baxır qapazın necə əllə vurulmasına…
P.S. Deyə bildim?...
Bakıda zəlzələ oldu (Yenilənib)
AzTV-nin həyətində söküntü başlayıb - Radionun beşmərtəbəli binasının yerində yeni bina tikiləcək
"Beşiktaş" yeni hücumçusu ilə müqavilə imzaladı
"Fənərbağça" "İnter"ə "yox" dedi - 17 milyonluq təklif geri çevrildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
Joze Mourinyo: "Bizim tək məqsədimiz var, o da qazanmaqdır"
Zelenski: "Putinlə görüş Türkiyədə də ola bilər"
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb (Yenilənib)
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb