Ərdoğandan gözlənilməz manevr - Baykal niyə çağırıldı?

img

10-06-2015 [15:09]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, ölkə siyasətinin duayenlərindən olan Dəniz Baykalı görüşə dəvət edib.

APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ankarada keçiriləcək görüşdə ölkədə seçkilərdən sonra yaranmış durum və koalisiya hökumətinin formalaşdırılması məsələsi müzakirə olunacaq. 
 
Qeyd edək ki D. Baykal yeni parlamentin ən yaşlı üzvü qismində Böyük Millət Məclisinin ilk toplantısını açacaq və sədr seçilənə qədər parlamenti idarə edəcək. CHP-nin TBMM sədri vəzifəsinə D. Baykalın namizədliyini irəli sürəcəyi gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA