“Birinci xanımın məşəlini xanəndənin yandırması muğam ifaçılarına bir jest idi”

img

08-06-2015 [14:57]


"Birinci xanımın məşəlini xanəndənin yandırması muğam ifaçılarına bir jest idi”. 

Bunu AzVision.az-a açıqlamasında ötən gün Avropa Oyunlarının məşəlini daşıyan Xalq artisti Arif Babayev deyib. 

Birinci xanımın məşəli alovlandıran A.Babayev buna görə çox sevindiyini bildirib: "Hamı qəlbdən sevinirdi. Hər şey qaydasında keçdi. Dünən mən bir daha qürur duydum ki, Azərbaycanda anadan olmuşam. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qürurverici hadisədir.

Mənim Mehriban Əliyevanın məşəlini yandırmağım onun muğama olan diqqətindən irəli gəlir. Birinci xanım bir daha muğam sənətinə olan qayğısını göstərdi. Mehriban Əliyeva heç vaxt muğamı yaddan çıxartmır. Gəncləri də , yaşlıları da. Burada da onun məşəlini yandırmaq mənim bəxtimə düşdü. Buna görə, xoşbəxtəm. Mən də xanəndələrin, milli musiqimizin adından məşəli Mehriban Əliyevaya ötürdüm. Çox sevincli idim”. 

Xalq artistinin sözlərinə görə, məşəl danışan zaman birinci xanım onu təbrik edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA