Prezident qəzetlə məhkəmədən qalib çıxdı

img

21-05-2015 [17:03]


Türkiyənin "Hürriyət” qəzeti ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana 20 min türk lirəsi mənəvi təzminat ödəyəcək.

AzVision.az xəbər verir ki, bu barədə Ankara 5 saylı Hüquq məhkəməsi qərar çıxarıb. 

Bu qərara səbəb qəzetin 25 avqust 2014-cü il tarixində dərc etdiyi yazıda Ərdoğanın hüquqlarının pozulması olub.

Belə ki, Ərdoğanın vəkili Müəmmar Camaloğlu adı çəkilən yazının mətbuat azadlığı həddini aşdığını və təhqir dolu olduğunu deyib. 

Məhkəməyə sədrlik edən hakim Səlma Durdu şikayəti qismən qəbul edib və qəzetin prezidentə 20 min türk lirəsi mənəvi təzminat ödəməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan "Hürriyət” qəzetinin idarə heyətinin sədri Vuslat Doğan Sabancı və qəzetin yazarı Mhemet Yılmazı barəsində dərc olunan yazıya görə məhkəməyə verib və onlardan 100 min türk lirəsi təzminat tələb edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA