Yeni dünya savaşı gündəmə gəlir

img

18-05-2015 [12:16]


Son illərə qədər dünyaya ağalıq iddiasını gerçəkləşdirmək üçün təkqütblü idarəçiliyi təlqin edən Qərb dairələri artıq fərqli yanaşma sərgiləyir. 

Belə ki, Qərbdən ixrac olunan dünyanın təkqütblü idarəçilik sistemi alternativ çoxqütblü idarəçilik sistemi ortaya çıxana kimi uqurla irəliləyirdi. Amma "Mənim kimi düşünməyən mənimlə yanaşı ola bilməz'',- ideyası artıq əvvəldən çarəsizlikdən razılaşan bəzi ölkələri daha şiddətli fazaya keçdikdə qane etməməyə başladı. Məsələylə bağlı fikirlərini "Reytinq”lə bölüşən politoloq Bəhruz Salmanov deyib ki, bu prinsip üzərində qurulan və əsasən liberallar tərəfindən təbliğ olunan bu model əvvəlcədən məhvə məhkum idi. Onun qənaətincə bu, sistem də sanki bir mülayimliyə bürünmüş bir zorakılıqdır və dünyada baş verən siyasi və hərbi gərginlik buna açıq nümunədir:”Dünyada olan xalqlar hərəsi fərqli mədəniyyətlərə malikdir. Təkqütblülük ilk olaraq insani dəyərləri ortaq, birləşdirici dəyər kimi ortaya qoysa da, sonradan baş verən hadisələr, faciələr bunun tam əksini göstərdi. Belə ki, bu dəyərləri ixrac edən Qərb başda ABŞ olmaqla ölkələrin daxili işlərinə, mədəniyyətlərinə kobud, işğalçı kimi qarışmağa başladılar. Bu müdaxilələr Əfqanıstanda sülh adı ilə şəhərlərin və oradakı insanların öldürülməsi, İraqda Səddam Hüseyn zamanında həlak olan insanların sayından çox insanların öldürülməsi, heç bir dövlətə borcu olmayan Liviyanın maddi sıxıntı, parçalanma vəziyyəti, Suriyada Qərb tərəfindən dəstəklənən İŞİD adını almış sonradan İraqa transfer olunan vahhabi-terrorçu qruplarının aktiv fəaliyyəti, Ukraynada təşkil olunmuş hadisələr, hazırda Yəməndə törədilən qətllər və s. misal çəksək heç yanılmarıq. Bu müdaxilələrə immunitet olaraq Rusiya, Çin, İran, Latın Amerikası ölkələri kimi dövlətlər müqavimət bəzi yerlərdə hücum cəbhəsi açmağa məcbur oldular. Və bu müqavimət qarşısında təkqütblü sistemin rəhbərləri dayanmağa məcbur edildilər. Xüsusən də ABŞ-ın fövqəldövlət kimi qüdrəti üzərində qurulan dünya modeli özünün dayanıqlı olmadığını göstərdi. Maraqlısı isə odur ki, təkcə siyasi və iqtisadi sahədə deyil, mədəni, dini, hətta dəyərlər sistemində də hegemonluğa və dominantlığa iddia edən Qərb böhranla, çətin dilemmalar qarşılaşdı. Və törətdiyi hadisələrin işığında həyat qabiliyyətini itirmiş oldu. Qərbin əsas səhvlərindən biri öz dəyərlərinin ümumiliyinə iddia etməsidir. Bu hal mədəniyyətlərin toqquşmasına gətirib cıxaracaq.” Birqütblü dünya sisteminin bu modelinin əsas dayağının yalnız Qərb dəyərləri üzərində qurulduğunu xatırladan politoloqun fikrincə, əsas dayaq sayılan Qərbdə siyasi-iqtisadi böhranla yanaşı, mənəvi dəyərlərdə də böyük böhran yarandı və proseslər fərqli fazaya keçdi: "Avropa uzun illərdir təbliğ etdiyi ideyalara üz çevirdi. Solçuların bu gün aparılan AB siyasətinə olan etirazını, bir sıra AB ölkələrinin, Solçu, bəzi sağçı siyasi partiyaların, QHT-lərin sanksiya verilmiş Rusiya ilə münasibətlərin, yaxın əlaqələrinin qurulması qeyd etdiyimizə misal ola bilər. Avropa ölkələrində islamofobiya, dini dözümsüzlük, ultra-şovinist meyllərinin artması keçən əsrin ortalarındakı prosesləri xatırladır. İndi geosiyasi proseslərin təhlilçilərinin əsas qənaətləri bundan ibarətdir ki, dünya birqütblü qalacağı təqdirdə bəşəriyyət böyük fəlakətlərə, hətta yeni dünya müharibəsinə şahid ola bilər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA