Arzu Əliyeva film çəkdi - VİDEO

img

29-04-2015 [16:36]


Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin mayın 4-də təqdimat mərasimi keçiriləcək.

AzVision.az-ın məlumatına görə, ilk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot). Filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış "Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.

Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra filmin mayın 8, 9-u və 10-da "National Geographic” kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayişi keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA