19-04-2015 [23:18]
Əgər sosial şəbəkələrdən istifadə edirsənsə, vaxtaşırı istər-istəməz cəmiyyəti narahat edən problemlərlə bağlı mübahisə və polemikalardan da kənarda qala bilmirsən. Xüsusilə də, ətrafında baş verən sosial, siyasi, iqtisadi proseslərə laqeyd deyilsənsə. Əslində heç laqeyd qalmaq mümkün də deyil, çünki bu proseslər hamımızın şəxsi həyatına bu və ya digər formada öz təsirini göstərir. Ona görə də, danışıb-danışmamasından aslı olmayaraq, az-maz düşüncəsi olan hər kəsin olub-bitənlərə bir münasibəti var və münasibətlər xaosunda əlahəzrət həqiqətin harada olduğunu müəyyənlədirmək o qədər də asan deyil.
Ölkədə problem çoxdur. Bunu hamı bildiyindən, sadalamağa ehtiyac da duymuram. Onlara münasibət-də əsasən iki xəttin aparıcı olduğu da çoxumuza bəllidir: hakimiyyət və onun təbliğat maşını, müxalifət və onun təbliğat maşını.
Elə sosial şəbəkələrdə, qəzet və saytlarda, hətta mağazaların qarşısında, yas yerlərində, müxtəlif cür başqa tədbirlərdə gedən mübahisələrin, polemikaların əsas istiqamətləndiricisi də bu iki bir-birinə qarşı olan təbliğat maşınlarıdır.
Hakimiyyətin və onun qazanından yeyənlərin ritorikası: hər şey yaxşıdır, ölkəmiz sürətlə inkişaf edir, demokratik islahatlar aparılır, söz və mətbuat azadlığı var, iqtisadi artım filan qədərdir, güclü quruculuq və abadlıq işləri aparılır, müdafiə sənayesi qurulur, xarici siyasətdə böyük uğurlarımız var, idman nailiyyətlərimiz göz qabağındadır, yoxsulluğa qarşı mübarizə aparırıq, amma müəyyən problemlərimiz də var ki, biz onları aradan qaldırmağa çalışırıq.
Müxalifət və onun kasıb qazanından yeyənlərin, ümumiyyətlə, heç nə yeməyənlərin və narazıların ritorikası: hər şey pisdir, demokratiya yoxdur, seçkilər saxtalaşdırılır, müxalifət və azad mətbuat təqib olunur, siyasi məhbusların sayı hər gün artır, korrupsiya və rüşvət baş alıb gedir, dövlət büdcəsi talan olunur, inflyasiya, işsizlik əhalini lümpenləşdirir, qiymətlər hər gün artır və s.
Yekun isə belədir: Hər şeyə görə iqdidar, konkret olaraq prezident günahkardır. Çünki balıq başdan iylənər. Əgər o istəsə, bütün bunları bir günün içində durdurar. Bütün korrupsionerləri dama basar, seçki komissiyalarına saxtakarlığı dayandırmağı əmr edər və çox qısa müddətə hər şey düzələr. Ölkəmizdə azad, demokratik, hüquqi cəmiyyət qurular, xalqımız səadətə qovuşar. Çox gözəl. Ancaq gəlin bir az realist olaq, məsələləri bir az dərindən araşdıraq, bildiyimiz faktlara (bilmədiklərimiz daha çoxdur) əsas-lanaraq, düzgün nəticələr çıxarmağa çalışaq.
Nəticə çıxarmazdan qabaq, hər kəsin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Heç İlham Əliyevin çıxışlarının leytmotivinə fikir vermisiniz? O ən çox nədən şikayətlənir? İkili standartlardan. Sonra nə deyir? "Bizə heç kəs təzyiq göstərə bilməz! Biz müstəqil dövlətik! Biz müstəqil xarici və daxili siyasət aparı-rıq! Bizim güclü iqtisadiyyatımız, güclü ordumuz var!" və s.
Bu ritorikanın arxasında əsasən hansı fikrin dayandığını anlamaq üçün sadəcə bir qədər diqqətli olmaq lazımdır. Bəli, Azərbaycanın Prezidentinə xaricdən çox güclü təzyiqlər var. Cəmi 9 milyon əhalisi, kiçik ərazisinin 20 faizi işğal altında və müharibə şəraitində olan balaca və gənc bir dövlətin rəhbəri qosqoca dünyanın qosqoca super dövlətlərinin, leqal və qeyri-leqal birliklərinin nəhəng pressinqi altında işləməyə məcburdur. Amma biz ondan korrupsiyaya birdəfəlik son qoymağı, seçkiləri ideal demokratik keçir-məyi tələb edirik. Özü də maraqlıdır ki, hamı hər şeyi ondan tələb edir, heç kəs öz-özündən heç nə tələb etmir.
Demokratik seçki deyirik. Gəlin fərz edək ki, hakimiyyət növbəti seçkiləri, bizim müxalifətin dediyi kimi, "tam demokratik və ədalətli" keçirməyə qərar verir. Məzahir Pənahovu çıxarıb, yerinə qeyri Məzahir Pənahovu təyin edirlər, bütün komissiyalar paritet olur, aşağı seçki komissiyalarınının xeyli hissəsinə müxalifətçilər və "müstəqil" adamlar qoyulur. Elə bilirsiniz ki, bunlara əməl olunsa, seçkilər demokratik olacaq? Əgər müxalifət belə demokratik seçki keçirməyi bacarandırsa, niyə bircə dəfə də olsun öz daxili strukturlarında buna nail ola bilmir? Niyə Müsavat Partiyası son qurultayını "demokratik və ədalətli" ke-çirə bilmədi, partiya faktiki ikiyə bölündü? Niyə AXCP neçə illərdi bir demokratik qurultay keçirib sədrini dəyişə bilmir?
Unutmaq olmaz ki, "demokratik" eksperimenti hansısa partiya üzərində aparmaq olar, amma dövlətin üzərində yox. Biz Azərbaycanın Müsavat kimi bölünməsinə yol verə bilmərik. Müxalifətin tələb etdiyi "demokratiyanın" Azərbaycanı xaosa aparmayacağına, onu viran qoymayacağına, erməninin bir az da itəliləməsinə gətirib çıxarmayacağına təminatı varmı?
Yaxud tutaq ki, İlham Əliyev hakimiyyətdən imtina edib, onu yalançı bir seçki vasitəsilə müxalifət liderlərindən birinə ötürdü. Guya həmin lider dünyanın hazırkı geopolitik durumunda ölkəni daha yaxşı idarə edəcək? Bunu necə edəcək? İndiki prezidentin etmədiyi, edə bilmədiyi nələri edəcək? İranı və Rusiyanı söyüb, Qərbin qucağına oturmaqla? Axı, bunun Elçibəy örnəyi var. 7 itirilmiş rayon, 1 milyon qaçqın qalıb o siyasətdən bizə, nə tez unutdunuz. Dünyanın nəhəng əjdəhalarının hamısının ağzını açıb pay umduğu, töycü tələb etdiyi, sabitliyin hər an pozulması təhdidləriylə üz-üzə olan bir ölkədə korrupsiyanı aradan qaldırmaq asan məsələdir? Elə bilirsiniz, gömrükdə, vergidə, polisdə alınan rüşvətlər, büdcədən oğurlanan vəsaitlər hamısı bizim milli məmurların cibinə gedir? Xeyr! O pulların çoxu bizim iqtidardan demokratiya, insan haqları tələb edən xarici dəllalların cibinə axır. Bəli, bu ölkəni, bu müstəqilliyi saxlamaq asan başa gəlmir bizim iqdidara, hakimiyyətə can atan müxalifətimizə bundan daha ucuz başa gələcəyinə kim qarantiya verir və necə verir? Təəssüflər olsun ki, bunu heç vaxt heç kəsdən eşitmədik. Bu söhbətin üzərinə heç gələn də yoxdur.
Müxalifətin təbliğat maşınının təsiri altında olanlar Azərbaycanı tez-tez Amerika, Almaniya, Fransa, İngiltərə kimi ölkələrlə müqayisə edirlər. Əvvəla, o ölkələrin hamısı dünyanı idarə edən, bütün dünyada müstəmləkələri olmuş və olan, dünyanı öz nüfuz dairələrinə bölən ölkələrdir. Digər tərəfdən, həmin dövlətlər öz ərazi və əhalilərinin sayına, tarixi dövlətçilik ənənələrinə görə bizdən xeyli böyük və üstün-dürlər. Əhalisi 70-80 milyon, ərazisi bizimkindən 10 dəfə böyük olan İran və Türkiyə kimi nəhəng dövlərlər belə dünyaya ağalıq edənlərin caynağından tam qurtula bilmədikləri halda, müqavimət gücü qat-qat zəif olan Azərbaycan necə qurtulmalıdır?
Mənə elə gəlir ki, bizim siyasətçiləri də, cəmiyyəti də əsasən bu məsələ düşündürməlidir. Yoxsa, qərb ölkələrindəki demokratiya və insan haqlarıyla bağlı aldadıcı şü-arları dövriyyəyə buraxıb, cəmiyyəti aldatmaqla heç nəyə nail ola bilməyəcəyik.
Korrupsiya və rüşvət əzilən hər kəsin mənafe və maraqlarına ziddir. Marionetlərin ali qanunverici və icra orqanlarına təyinatı Azərbaycanı sevən, ona namusla xidmət etmək istəyən hər bir ləyaqətli vətən-daşın heysiyyətinə toxunur. Ancaq biz bu məsələlərin həlli yollarını onları bizə yaradan xarici imperialist qüvvələrin əlaltıları ilə həll etməməliyik. Bu işləri bu cür düzüb-qoşanlar, bu işlərə başçılıq edənlər onla-rın həllində necə maraqlı ola bilər axı? Balığın iylənmiş başı da məhz onlardır, çünki hər şeyin, bütün bəlalarımızın başında onlar dayanır. Bizim iqtidar və müxalifət adı altında əks cəbhələrə bölünüb bir-birimizi qırmağımız məhz o qüvvələrin planıdır. Bu işləri dünyanı qarışdırıb, onun bulanıq sularında balıq tutanlar, öz məkrli niyyətlərini həyata keçirənlər planlaşdırır. Bu planların pozulması bizim həqiq mənada, şüarçılıq etmədən nail olacağımız milli birliyimizdən keçir.
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."