Xalq artisti Alim Qasımovun oğlu qəzaya düşdü - VİDEO

img

13-04-2015 [21:40]


Xalq artisti Alim Qasımovun oğlu avtomobil qəzasına uğrayıb. Kanal S-in (Region TV) məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində, Şamaxı rayonunda baş verib. Belə ki, yolun ortasında manevr edərək əks yola keçmək istəyən "İsuzu" markal avtobus arxadan gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
 
Avtomobilinin sürücüsü A.Qasımovun oğlu Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti normaldır.
 
Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.
 
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA