Rusiya Türkiyəyə xəbərdarlıq etdi

img

04-04-2015 [23:41]


Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib.

Lavrov bildirib ki, Türkiyənin nümayəndə heyəti Ukraynadan ərazisindən Krıma səfər edə bilməz:

"Biz Türkiyə nümayəndə heyətinin Krıma səfərinə münasibətimiz çox yaxşıdı. Amma bu ziyarət Ukrayna ərazisindən həyata keçirilməməlidir. Krım respublikasına səfər etmək üçün Rusiyanın müvafiq orqanlarına müraciət edilməlidir".

Nazir onu da bildirib ki, bu məsələdə Rusiyanın mövqeyi Türkiyə tərəfinə çatdırılıb:

 "Əgər Türkiyə tərəfi həqiqətən Krımda yaşananları görmək istəyirsə, mütləq bizim təklifimizi qəbul etməlidir".

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA