"Məni nə şiə maraqlandırır, nə də sünni" - Ərdoğan

img

08-04-2015 [09:29]



İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi mübahisəli məsələlərə, dedi-qodulara aydınlıq gətirib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan İran prezidenti Həsən Ruhani ilə keçirdikləri birgə mətbuat konfransında deyib ki, həmkarı ilə İraqdakı problemləri müzakirə ediblər:

"İraq bizim ən yaralı yerimizdir. Orada indiyədək 100 mindən çox insan ölüb. Suriyada isə 300 min nəfər həyatını itirib. Məni nə şiə maraqlandırır, nə də sünni; məni müsəlman maraqlandırır. Bu qana, bu ölümə son verməli, bir-biri ilə vuruşanları bir araya gətirməliyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA