DİN Balakəndə əməliyyat keçirdi: 10 yaxın şəxs saxlanıldı

img

02-04-2015 [11:54]


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Balakəndə xüsusi əməliyyat keçirib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10-a yaxın şəxs saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə götürülüb.

Balakən Rayon Polis Şöbəsindən APA-ya əməliyyatın keçirildiyini təsdiqləsələr də, ətraflı açıqlama verilməyib: "Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA