Bakıda ana körpəsini zibil qutusuna atdı

img

01-04-2015 [11:25]


Bakının Səbail rayonunda dəhşətli hadisə baş verib.


Mia.az-ın lent.az-a istinadən xəbər verir ki, 20-ci sahə adı ilə tanınan yaşayış massivində, Arif İsmayılov küçəsi, dalan 2 ünvanındakı zibil qutularından birində yeni doğulmuş uşaq meyiti tapılıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

İlkin baxış zamanı yeni doğulmuş oğlan uşağının üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Lakin daxili müayinə nəticəsində körpənin qəsdən öldürülməsinə xas əlamətlər üzə çıxıb.

Aparılmış operativ tədbirlər nəticəsində körpəni dünyaya gətirən qadının kimliyi müəyyən edilib və o, - Əzimova Gülnarə Nəriman qızıpolis bölməsinə dəvət edilib. O, ilkin ifadəsində uşağın ölü doğulduğunu bildirsə də, sonradan oğlunun doğuşdan sonra vəfat etdiyini təsdiq edib. O əlavə edib ki, imkanı olmadığı üçün körpəsini dəfn edə bilməyib və torbaya qoyaraq zibil qutusuna atıb.

Qeyd edək ki, G.Əzimova Səbail rayonunda kirayədə yaşayır.

Faktla bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq cinayət işinin başlanması istisna deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA