Yasamalda məktəblini qanına qəltan etdilər

img

30-03-2015 [12:37]


Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, martın 27-də Şərifzadə küçəsində gənc oğlan hücuma məruz qalıb.

Məlumat daxil olan kimi hadisə yerinə polis işçiləri gəlib. Araşdırmalar zamanı məlum olub ki, hücum nəticəsində bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Nicat Bəykişi oğlu Cəfərovdur. Naməlum şəxslər xuliqanlıq zəminində ona çoxsaylı xəsarətlər yetiriblər.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, bıçaqlanan Nicat Cəfərov 158 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

Hazırda şagirdi bıçaqlayan şəxslər axtarılır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA