“Mənə əxlaqsız hərəkətlər etdirib telefona çəkdi” – Kişi qadından şikayət etdi

img

29-03-2015 [13:00]


Bakıda hüquq-mühafizə orqanlarına şikayət edən şəxs qeyri-adi iddia irəli sürüb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sahil qəsəbə sakini 1966-cı il təvəllüdlü S.Alıyev 102 xidmətinə müraciət edib.

O, polisə müraciətində bildirib ki, 2014-cü ilin avqust ayında qeyri-rəsmi yaşadığı Fəridə adlı qadının yaşadığı evdə spirtli içki və narkotik vasitə qəbul ediblər.

Bundan sonra aralarında cinsi əlaqə zamanı Fəridə ona əxlaqsız hərəkətlər etdirib. Baş verənləri mobil telefonla videoya çəkən qadın sonradan S.Alıyevi şantaj edib. Fəridə ondan pul istədiyi üçün kişi özünü öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA