Ərini öldürən qadın: "Heç olmasa türmədə rahat yaşayaram" - VİDEO

img

28-03-2015 [21:59]


Xaçmaz rayonunda ərinin qətlində ittiham olunan qadın danışıb.Qadın ərini oldürdüyünü etiraf edib. Dünən verdiyi açıqlamada 39 yaşlı Şamama Seyidova qətldən xəbəri olmadığını bildirmişdi.

Bu gün ANS TV-nin bölgə müxbirinə qadın ərini oğlu ilə birgə qətlə yetirdiyini etiraf edib.

Törətdiyi dəhşətli əməldən peşman olmadığını deyən Şamama Seyidova ərinin onu qısqandığını və yüngül xasiyyətli qadın olduğunu düşünməsi evdə daim dava-dalaşlara yol açdığını bildirib:

"Hər dəfə içib gələndə bu söhbətlərə görə məni döyürdü. Günümü qara eləmişdi. Bezdim və onu öldürməyə qərar verdim. Heç olmasa türmədə rahat yaşayaram. Orda məni döyən olmaz”.

Qeyd edək ki, Xaçmaz rayonunda dəhşətli qətl ötən il baş verib. Qətlin üstünün açılması Xaçmaz polisinin və prokrorluğunun birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində baş verib.
Araşdırlamar zamanı 2014-cü il yanvar ayından itkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub.

Bünyat Seyidov öldürüldükdən sonra xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb.



































Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA