İsaxanlının qızını döyənə cərimə- 11 min 600

img

17-03-2015 [19:45]


Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslər yol-hərəkəti qaydalarını pozduqları üçün vaxtilə cərimə ediliblər.

Mia.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun avtosfer.az-a danışıb. Onun sözlərinə görə, sürücü Elin Məmmədov idarə etdiyi «Bentley» markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün onun barəsində müvafiq tədbir görülüb.

Belə ki, E.Məmmədov barəsində 94 MMX radarı olub. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hər bir qayda pozuntusu üzrə qərar qəbul edilib. Bunun nəticəsində sürücü Elin Məmmədov 11 min 600 manat cəriməni dövlətə ödəyib.

Bundan əlavə, 2014-cü ilin avqust ayında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi qərarla Elin Məmmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA