Bakıda sürücü yol polislərini bıçaqla hədələyib - VİDEO

img

17-03-2015 [14:15]


Bakıda yol polislərinin üstünə bıçaq çıxaran şəxs saxlanılıb. "Report"un məlumatına görə, hadisə Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki,"Nissan" markalı avtomobillə hərəkət edən sürücü yol polisləri ilə mübahisə edib və onlara bıçaqla hədə-qorxu gələrək hadisə yerindən qaçmaq istəyib. Sürücünü təqib edən yol polisləri onu Binəqədi rayonu ərazisində -Əhməd Rəcəbli küçəsində saxlamağa nail olublar. Saxlanılan zaman avtomobildən sürücünün polislərə hədə-qorxu gələn zaman istifadə etdiyi bıçaq da aşkarlanıb. Bundan sonra sürücü şəxsiyyətinin dəqiqləşdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA