Gəncədə uşağı öldürülən valideynlər polisi aldatmaq istədilər, amma...

img

15-03-2015 [18:18]


Gəncədə azyaşlı piyada vurulub. 

Kəpəz TV xəbər verir ki, dünən saat 17 radələrində Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə 7-9 yaşlarında olan oğlan meyidi gətirilib. 

Mərhumun valideyinləri oğlanın ağacdan yıxılaraq öldüyünü bildirisələr də, həkimlər meyiti tibbi müayinədən keçirib və aydın olub ki, oğlan avtomobil tərəfindən vurularaq dünyasını dəyişib. Dərhal Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib.

Hazırda uşağı vuran avtomobilin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinin müdiri Cavanşır Əliyev bildirib ki, valideyinlər ekspertizaya bilərəkdən yalan məlumat verməsi bədbəxt hadisədən sonra sürücü ilə onlar arasında sövdələşmədən xəbər verir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA