Bakıda məhkəmədə əlbəyaxa dava

img

12-03-2015 [14:24]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Azad Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edərək, ona qarşı istintaq orqanların qərəzli iş apardığını iddia edib. O, qətlə yetirdiyi Xəyyama Allahdan rəhmət diləyib.

Hakimlər müşavirə otağına gedib. Müşavirədən qayıdan hakimlərin qərarı ilə Azad Orucov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bundan sonra zərərçəkən şəxsin nümayəndələri ilə təqsirləndirilən şəxsin yaxınları arasında dava düşüb. Əlbəyaxa dava zamanı A.Orucovun ürəyi gedib, ona ilkin tibbi yardım göstərilib. Penitensiar xidmətin əməkdaşlrının müdaxiləsindən sonra ara sakitləşib.

Qeyd edək ki, hadisə 2013-cü il iyulun 26-da Suraxanı rayonunda "Duzlu göl” adlanan ərazidə baş verib. 30 yaşlı Xəyyam Allahverdiyev aldığı ağır xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində onun döyülərək öldürüldüyü məlum olub. Hadisəni törədən Zəngilan rayon sakinləri - 20 yaşlı Elçin Abdullayev, 29 yaşlı Abbas Orucov və onun qardaşı, 23 yaşlı Azad Orucov tutulub.

İstintaqın gedişində Azad Orucovun X. Allahverdiyevi küt alətlə vuraraq öldürməsi üzə çıxıb. Onun X.Allahverdiyevi mübahisə zəminində qətlə yetirməsi məlum olub. O da bəlli olub ki, X.Allahverdiiyev Azad Orucovun işlədiyi kafedə hadisədən əvvəl yeyib-içibmiş.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA