Seksə başı qarışıb qəzaya düşən sürücü ilə bağlı- DİN-dən açıqlama

img

11-03-2015 [13:38]



Daxili İşlər Nazirliyi sərnişinlə maşında sekslə məşğul olarkən qəzaya düşən sürücü ilə bağlı məlumat yayıb. 

Mia.az DİN-in saytına istinadən xəbər verir ki, martın 9-da saat 22 radələrində Nəsimi rayonunun H.Ələsgərov küçəsində Bakı şəhər sakini Ramil Hacıyev idarə etdiyi "Toyota” markalı avtomobili aşırmış və nəticədə o, hadisə yerində ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, report.az saytında yayılan məlumata görə, hadisədən əvvəl sürücü Ramil Hacıyev yolda bir xanımla tanış olaraq onu avtomobilə əyləşdirib. Maşında isə həmin xanımla sürücü R.Hacıyev arasında səmimi münasibətlər yaranıb və sekslə məşğul olmağa başlayıblar.

Başı xanıma qarışan sürücü Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində idarəetməni itirib. Nəticədə sürücü R.Hacıyevin idarə etdiyi "Toyota” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan qadın sərnişin qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA