Prezidentin oğlu həbs olundu

img

11-03-2015 [10:11]


Nyu-York məhkəməsi Surinam prezidenti Dezir Bautersin oğlu Dino Bautersi 16 il müddətinə azadlıqdan məhrum edib.

AzVision.az-ın "Reuters”əm istinadən xəbər verir ki, prezidentin oğlu Livanın "Hizbullah” təşkilatına yardım etməyə cəhddə ittiham olunub.

Surinam prezidentinin 42 yaşlı oğlu kontur-terror şöbəsində işləyib. O, Panamada "Hizbullah” maliyyə yardım etmək istəyərkən ABŞ anti-terror idarəsinin agentləri tərəfindən saxlanılıb.

Məhkəmənin iddiasına görə, Bauters iki milyon dollar qarşılığında "Hizbullah”a Surinamda baza yaratmağa şərait yaradacaqmış. Prokurorlar onun 30 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA