Polisdən əməliyyat: 8 kiloqramdan artıq narkotik tutuldu

img

10-03-2015 [12:47]


Bakı polisi narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə növbəti uğurlu əməliyyat keçirib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının martın 9-da Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Qazax rayon sakini, əvvələr məhkum olunmuş Ceyhun Xanbaba oğlu Vəliyevin üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılmış umumi çəkisi 7,37 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin "VAZ 21 07” markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq, umumi çəkisi 8 kiloqram 10 qram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı toplanmış matreallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilib, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA