Bakıda 8 maşını əzən sürücü Əhəd Abıyevin qardaşı oğlu, maşın isə Ali Məhkəmənin çıxdı

img

09-03-2015 [14:57]


Fevralın 28-dən martın 1-nə keçən gecə «İnfiniti-5-5» markalı, dövlət nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində – Sahil bağının yanında 8 avtomobili əzməsi haqda xəbər yayılmışdı.

Bu xəbər yayan Avtosfer.az-ın məlumatında bildirilirdi ki, gecə saat 4 radələrində Fransaının Azərbaycandakı səfirliyinin binası qarşısında baş verən qəzada səfirliyin arxa tərəfindəki bardan çıxan şəxs içkili vəziyyətdə olub. O, işkili vəziyyətdə maşına oturaraq sürətlə arxaya hərəkət edib. Bu zaman barın mühafizəçisinə toxunan maşın səkiyə dəydiyi üçün dayanıb. Daha sonra maşını irəli sürən həmin şəxs müxtəlif markalı 8 avtomobili vurub. Son olaraq «Nissan» markalı avtomobili əzərək, səfirliyi qoruyan polislərin postuna çırpılan avtomobili hündür səki saxlayıb. Əzilən sonuncu avtomobil Fransa səfirliyinə məxsus olub. 

Bu xəbərdən sonra həmin sürücünün kim olmasına aydınlıq gətirlmədi.

Mia.az Jam.az-a istinadən xəbər verir ki, Fransa səfirliyi qarşısında sözügedən tarixdə məlum olayın səbəbkarı  Daşkəsinin icra başçısı Əhəd Abıyevin qardaşı oğludur.

Məlumatda iddia olunur ki, icra başçısının qardaşı oğlunun idarə etdiyi avtomobil isə Ali Məhkəmədə çalışan yaxın dostlarından birinə məxsus olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA